Üstəlik Birləşmiş Ştatların vitse-prezidenti Ces David Vens yaxın günlərdə Azərbaycan və Ermənistana səfər edəcək. İndidən deyə bilərik ki, bu səfər Ağevin Cənubi Qafqazla bağlı mühüm mesajıdır ki, bir Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıqda əsas söz sahibi artıq Amerika Birləşmiş Ştatlarıdır. Yəni Donald Tramp faktiki Avropa İttifaqı və Rusiyanın regional siyasətdə arxa plana keçdiyini göstərmək istəyir.
Eləcə dəyi, Ağf Trip layihəsinin işə düşməsinə rəsmi xarakter verməyə çalışır və bu layihənin qaranti rolunda da Amerika Birləşmiş Ştatlarının olduğu mesajını hər kəsin diqqətinə çatdırır. Eləcə də Donald Trampın ən yaxın silahdaşını regiona Ağev səviyyəsində 8 avqust Vaşinqton sülhünə verilən dəyəri növbəti dəfə ifadə edir. Bir sözlə, Amerika Birləşmiş Ştatları Cənubi Qafqaza mühüm potensiala malik strateji region, tribə isə bölgədə sülhü və iqtisadi dirçəlişi şərtləndirəcək geoqtisadi nəqliyyat konsepsiyası kimi baxır.
Bəli. >> [musiqi] >> Amerika Birləşmiş Ştatları və Azərbaycan prezidentlərinin Vaşinqtonda iki tərəfli əsasda müəyyən etdikləri regional gündəliyə əsasən Cənubi Qafqaz artıq münaqişə zonasından [musiqi] beynəlxalq əməkdaşlıq zonasına çevrilməlidir. Prosesin himayədarı rolunda isə [musiqi] məhz Birləşmiş Ştatların çıxış etməsi bölgədə marağı olan bütün tərəflərə öz [musiqi] siyasətindən təzyiq elementlərini bir dəfəlik çıxarmaq məcburiyyətində qoyub.
Bax prezident İlham Əliyevin beynəlxalq münasibətlər [musiqi] sistemində baş verən dəyişikliklərə çevik adaptasiya siyasətinin uğuru yaxud postmüharibə diplomatiyasının real nəticələrindən [musiqi] biri də məhz bundan ibarətdir. Cey Vensin regional planlaşdırılan səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasında da əhəmiyyətli rol oynayacaq. Elə ona görə də >> bir trip layihəsinin işə düşməsi ölkəmizin geosiyasi proseslərin moderator imicini möhkəmləndirəcək.
İki, dünya investorlarına Azərbaycanda fəaliyyət qurmağın təhlükəsiz və rentabelli olduğu ilə bağlı mesaj rolunu oynayacaq. Üç. Cənubi Qafqazın qlobal tranzit arteriyası statusunu qazandığının rəsmi təsdiqinə çevriləcək.
Dörd. Azərbaycan və Ermənistan arasında real iqtisadi əməkdaşlıq əlaqələrinin qurulduğunu nümayiş etdirəcək. Nəqliyyat əlaqələri, o cümlədən beynəlxalq sülh və rifah naminə Tramp marşrutu layihəsi, həmçinin Ermənistanı da Mərkəzi Asiyanın daha geniş regional nəqliyyat şəbəkəsinə daxil edəcək, sülh işinə töhfə verəcək.
Çünki Ermənistanın yolları açılacaq. O tariflərdən faydalar qazanacaq. Daha geniş beynəlxalq əməkdaşlıqda iştirak edəcək.
Onlar artıq faydaları görürlər. Çünki Ermənistanla sülh nail olduqdan sonra Azərbaycan yüklərinin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb və Azərbaycanın ərazisindən Ermənistana gedən, Qazaxıstandan və Rusiyadan gələn ilk yüklər artıq göndərilib. Bütün bu məsələlər bir-birinə bağlıdır.
Nəqliyyat əlaqələri, qonşularla yaxşı münasibətlər, sülh, yəqinlik və qarşılıqlı maraq.