Orta dəhliz və trip marşrutu. Böyük bir coğrafiya üzrə nəqliyyat xəritəsini dəyişən bu nəhəng layihələr Orta Asiya və Azərbaycanın rolunu xeyli artırır. Tramp administrasiyası yeni reallıqları qəbul edir və münasibətlərin ruhuna uyğun olmayan düzəlişləri aradan qaldırmaqda maraqlı görünür.
ABŞ dövlət katibi Marur Rubyonun sənatda çıxışı zamanı Mərkəzi Asiya ölkələrinə münasibətdə düzəlişin ləğvi məsələsinin yenidən gündəmə gəlməsi səbəbsiz deyil. Rubio daha çox iş görülməsi üçün bu məsələnin həllinin zəruriliyini bildirib. Düzəlişin təsirini azaltmaq üçün daim müxtəlif hüquqi prosedurlar həyata keçirilir.
Növbəti il yenidən moratorium tətbiq olunmasa və ya hansısa istisnalar nəzərdə tutulmasa, düzəliş tam gücü ilə qüvvəyə minir. Amerikalı potensial investorlar üçün əsas problem də məhz budur. Bu gün sən Mərkəzi Asiya və ya Azərbaycan ərazisində hansısa iri investisiya layihəsinə vəsait qoyursan.
Amma sabah artıq həmin ölkədən istehsal olunan məhsulu ABŞ-yə və ya digər bazalara sata bilmirsən. Yəni bu düzəliş növbədə biznes üçün sabitlik baxımından risklər yaradır. Bu özlüyündə bir növü siyasi təzyiq alətidir.
SSRİ dağıldıqdan sonra müxtəlif illərdə bir sıra postsovet ölkələri bu siyahıdan çıxarılsa da, Azərbaycan texniki olaraq Cekson Venik düzəlişinin tətbiq olunduğu ölkələr sırasında qalıb. Praktikada ABŞİ Azərbaycan üçün bu düzəlişin tətbiqini hər il müvəqqəti dayandırır. Lakin hüquqi baxımdan onun ləğv olunmaması Vaşinqton gələcək administrasiyasının əlində siyasi təsir aləti ola bilər.
>> Biz bu gün trib marşrutu Amerika-Azərbaycan yüksək strateji münasibətləri haqqında danışırıq. Bu gün artıq bildiyiniz kimi Azərbaycan-Amerika arasında yüksək strateji münasibətləri təsdiqləyəcək strateji xartiyanın layihəsinin hazırlanması gedir. Artıq bir neçə dəfə görüş keçirilmişdir.
Məlum olduğu kimi, fevral ayında, gələn ay Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Densin Azərbaycana səfəri gözlənilir. Yəni bütün bu tarixi Amerika-Azərbaycan münasibətlərinin yüksək münasibət inkişaf xəttinə çatdığı bir dövrdə Cekson Venik düzəlişinin də 907-ci düzəliş kimi birdəfəlik tarixin arxivinə göndərilməsinin vaxtı gəlib çatmışdır. >> Millət vəkili Azərbaycan ABŞİ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü ümid edir ki, Amerika vitse-prezidentinin səfəri kontekstində hər iki düzəlişin birdəfəlik ləğvi nəzərdən keçirilə bilər.
sənəd münasibətlərə xələl gətirməsi də kağız üzərində qalması belə arzu olunan deyil. Çünki 2012-ci ildə Rusiyaya münasibətdə bu CSON venik düzəlişi ləğv edildi. Ancaq sonradan Rusiya-Ukrayna müharibəsi kontekstində Cekson Venik düzəlişinə oxşar başqa bir akt qəbul edildi.
Beləliklə də, gələcəkdə münasibətlər müxtəlif kontekstdə nəzərdən keçirilərkən heç bir bəhanə qalmaması üçün bu kimi sənədlər ləğv olunmalıdır. Qeyd edək ki, Cekson Venik düzəlişi 1974-cü ildə keçmiş sovet rəhbərliyinin SSR-ini tərk etmək istəyən yəhudilərin istəyini əngəllədiyinə görə qəbul edilib. Rəqsanə Qasımzadə, Ramiq Abbasov, İTV Xəbər.