Bakı və Vaşinqton arasında əlaqələr yeni bir müstəviyə yüksəlib. Amerika Birləşmiş Ştatları prezidenti öz sosial şəbəkə hesabında bildirib ki, biz Azərbaycanla strateji tərəfdaşlığımızı gücləndirəcəyik. 2025-ci il avqustun 8-də Ağevdə onun iştirakı ilə imzalanan sülh sazişini əməl etdiyinə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edən Birləşmiş Ştatlar prezidenti artıq Azərbaycan və Ermənistan arasında sülhə dair addımların atıldığını bildirib.
Tramp Zəngəzur dəhlizinin Ermənistana aid olan hissəsi, trib layihəsi ilə bağlı vitse-prezident Ces David Vensin fevralda Azərbaycana və Ermənistana səfər edəcəyinin anonsunu da verib. Ölkəmizlə əməkdaşlığa gəlincə, Amerika Birləşmiş Ştatlarında istehsal olunan müdafiə avadanlıqlarının, məsələn, bədən zirəkləri, qayıqlar və digərlərinin satışı Azərbaycanda həyata keçiriləcək. Xatırladaq ki, bu əməkdaşlıq təkcə müdafiə avadanlıqlarının satışı ilə məhdudlaşmayacaq.
Vaşinqtonda Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında imzalanan strateji tərəfdaşlıq xartiyasının şərtlərinə görə enerji, ticarət, tranzit, investisiya, müdafiə, təhlükəsizlik və terrorçuluqla mübarizə, həmçinin süni intellekt və rəqəmsal infrastruktur kimi sahələrdə əməkdaşlığın inkişafı hədəflənib. Bölgədə sülhün bərqərar olunması istiqamətində Amerika Birləşmiş Ştatları olduqca vacib siyasi qərarlar qəbul etdi. Son iki gün ərzində isə Davos iqtisadi forumunda Amerika Birləşmiş Ştatlarının dəvəti ilə Azərbaycanın qəza sülh şurasında iştirak etməsi isə bunun ən bariz nümunələrindən biridir.
Bir məsələni qeyd etmək lazımdır ki, doqquz-7 saylı maddənin düzəlişi istiqamətində də müəyyən qərarların qəbul edilməsi gözlənilir yaxın zamanlarda. Bu ona dəlalət edir ki, məhz bundan sonra Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında hərbi əməkdaşlığın biz daha da intensivləşəcəyini gözləyə bilərik. Eyni zamanda ikinci mühüm məsələ humanitar sahə üzrə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı münasibətlərin daha yüksək səviyyələrə yeni bir mənəyə qədəm qoyması yaxın dövrlərdə gözlənilir.
Bundan əlavə qeyd etmək lazımdır ki, bilirsiz ki, dünya artıq bu gün süni intellekt, süni zəka üzərində proseslərin idarə olunmasında vacib addımların atılması və planlaşdırmanı həyata keçirir. Və qeyd etmək lazımdır ki, ehtimal olunan sahələrdən də biri ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında bu istiqamətdə də vacib addımlar atılacaq. Ümumilikdə götürdükdə isə Amerika Birləşmiş Ştatları Azərbaycanı bölgədə Cənubi Qafqazda sülh tərəfdarı, sülh dövləti, sülh istiqamətində vacib addım atan bir dövlət kimi qəbul edir və Qafqazda Azərbaycanı sülh, güc, enerji mənbəyi kimi qəbul edir.
Çünki doğurdan da Azərbaycanın son dövrlərdəki bu istiqamətdə əldə etdiyi, belə deyək də, güc, qüvvə Amerika Birləşmiş Ştatları tərəfindən yüksək qiymətləndirilir. Məsələn, Suriya proseslərində Azərbaycan iştirak etib, bu gün qəza proseslərində Azərbaycanın iştirak etməsi bunu deməyə əsas verir. >> Tramp Ermənistanla əməkdaşlığa da toxunub.
Bildirib ki, İravanla dinc nüvə əməkdaşlığı üzrə saziş imzalanacaq. Biz də bilirik ki, Ermənistan arasında yerləşən metomor atom elektrik stansiyası var ki, hansı ki, qəzalı vəziyyət dəyişir. Və bu nəinki Ermənistan ümumiyyətlə ümumi region üçün böyük bir təhlükədir.
Orda baş verə biləcək kiçik bir qəza həm Ermənistanın özü, həm Türkiyə, həm İran, həm də Azərbaycan üçün çox ağır nəticələr gətirib çıxara bilər. Hesab etmək olar ki, Amerika Birləşmiş Ştatları meto atom elektrik stansiyasının yenidən müasir standartlara uyğun olaraq qurulması və bunun bölgədə doğrudan da sırf enerji mənbəyi kimi istifadə olunması nəzərdə tutulur. Bunun dinc məqsədlər üçün və enerji məqsədlərinin istifadə edilməsini nəzərə alırsa və bunun anonsunu verirsə, çox böyük ehtimalla mən hesab edirəm ki, pərdəxası məqamlarda Azərbaycan Respublikasının prezidenti ilə də bu məsələlər müzakirə olunub.
Maraqlıdır ki, Vaşinqtonla İrvan arasında gələcəkdə reallaşan nüvə əməkdaşlığı Ermənistandakı Metsamor atom elektrik stansiyasındakı təhlükənin aradan qaldırılmasına xidmət edəcək? Yoxsa bütövlükdə Ermənistanın nüvə təhlükəsizliyinin artırılmasına yönələcək. >> Biz bu suallar barədə açıqlamaları gözləmək hüququna malikik.
Lakin bir də var ki, hazırkiı vəziyyətdə təbii ki, ABŞ növə sahəsində tamamilə Rusiyadan asılı bir vəziyyətdə olan Ermənistanı öz orbitinə çəkməyə çalışır. Bununla da bağlı bəzi kiçik modul tipli nüvə reaktorları var. ABŞ istehsalı SMR1.
Yəqin ki, onların Ermənistan ərazisində quraşdırmaqla Ermənistanı müəyyən qədər enerji sahəsində Rusiyadan asılılığını və daxili enerji təhlükəsizliyini təmin etməyə çalışan bir ABŞ niyyəti yaşkar şəkildə ortadadır. Xatırladıram ki, Ermənistan bəhs Vətən müharibəsindəki məğlubiyyətdən sonra enerji sahəsində kifayət qədər ciddi qıtlıqla qarşılaşıb. Çünki əvvəlki illərdə Ermənistan bu enerjini məhz işğal altında saxladığı Azərbaycan ərazilərindəki su elektrik stansiyalarından əldə eləyirdi.
Hazırda bu stansiyaların 36 ədədinin tamamı Azərbaycanın nəzarətindədir və onlar yenidən qurulur. Hər bir halda biz bu prosesləri diqqətlə izləməliyik. bu nüvə sahəsindəki əməkdaşlığın nədən ibarət olmasının konkretləşdirilməsinə dair fəaliyyətlərimizi davam etdirməliyik.
>> Qeyd edək ki, 2025-ci il avqustun 8-də Ağevdə Tramp həm Azərbaycan, həm də Ermənistanla əməkdaşlığa dair müqavilə imzalayıb. Simnarə Həmidqızı, Real.