Avropa Şurası Parlament Assambleyasının bugünkü fəaliyyəti mən də varam prinsipinə söykənir. Qurma üzv olan deputatların iş prinsipi isə tutduqları mövqeyi qorumaq və maliyyə imkanlarını yaxşılaşdırmaq üçün fərqli qüvvələrə lobbiçilik etməkdən ibarətdir. Bu baxımdan Aşpanın əhəmiyyətsiz bir instituta çevrildiyi günü gündən daha çox özünü birruzə verir.
İkili mövqe nümayiş etdirmək, separatçılığı təbliğ etmək və dəstəkləmək, dövlətlərin daxili işlərinə yersiz müdaxilə, ölkələrarası intriqa, sülhdən çox qarşıdurma yaratmaq cəhdləri və sair onlarla misal çəkmək olar ki, AŞBA sessiyalarında rast gəlinən mövzular olur. Bu ilki qış sessiyasında da Aşbanın bəzi deputatları eyni ssenari üzrə eyni mövqe sərgilədilər. Hətta Azərbaycan nümayəndə heyətinin qatılmadığı sessiyada respublikamızla bağlı qərəzli qətnamə qəbul olundu.
Çalınan hava yenə eyni notlar üzərində qurulmuşdu. Erməni separatçılarına dəstək, Bakıdan məhkəməsi gedən terrorçuların, uşaq qatillərinin azad edilməsi və digər cəfəqiyyatlar. Təbii ki, bu kimi fikirlərin səsləndirilməsi millətçi və separatçı erməni lobbisinin təsiri altında həyata keçirilir.
Yəni Aşba hal-hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması, iqtisadi əlaqələrin bərpası, trib layihəsinin reallaşması istiqamətində atılan uğurlu addımları görməzdən gələrək Qafqazda yenidən münaqişənin bərpasını istəyən qüvvələrin xeyrinə addımlar atır, qətnamə qəbul edir. Kremlin Salav, Duqin kimi propaqandistlərinin qərb uzantıları hal-hazırda aşbadavar gücləri ilə çalışırlar ki, Azərbaycan Ermənistan sülh prosesi müsbət nəticələnməsin. Bir tərəfdən Rusiyanın Ukraynada apardığı müharibəyə qarşı çıxan Aşbanın deputatları nədənsə Qafqazda eyni addımı atan Kremlin mövqeyini müdafiə edir.
Azərbaycan və Ermənistan arasında yaranan sülh fürsətinə mane olur və bu prosesi pozmağa çalışır. Hətta Ermənistanın xarici işlər naziri bu dırnaqarası erməni deputatlar qarşısında çıxış edərək bildirdi ki, Azərbaycanla sü sazişinin imzalanmasına və Türkiyə ilə sərhəddin açılması perspektivinə inanırıq və iki qonşu arasında münasibətlərin normallaşacağına əmindirlər. Sitat Ermənistan hakimiyyətini zəiflətmək məqsəd ilə hibrid hücumlar həyata keçirilir.
Biz dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyaları mühitində yaşayırıq. Sitatın sonu Ararat Mirzoyan hibrid hücum deyəndə təbii ki, Rusiyanı nəzərdə tutur. Çünki Azərbaycan da eyni hücumlara məruz qalır.
Bu hücumların əsas məqsədlərindən biri Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyanın məğlub olmasıdırsa, digər məqsəd də İravanla Bakı arasında imzalanması gözlənilən sülh müqaviləsini pozmaqdır. Və bu təhlükəni erməni nazir Ararad Mirzoyan, ermənise AşPA deputatlarına açıq mətnlə deyir. Amma Aşba deputatları bu fikirlərin əksinə olaraq erməni separatçılarının hüquqlarını müdafiə adı altında Kremlin mövqeyindən çıxış edir.
Özləri Azərbaycana və Ermənistana hibrid hücumlar təşkil edirlər. Sadəcə olaraq Aşba Rusiyadan fərqli olaraq bunu demokratiya adı altında həyata keçirir. Və dediyim kimi bütün bu prinsipiallıq demokratiyaya görə deyil, separatçılığı, terroru dəstəkləyən erməni diasporasının onlara verdiyi pula görədir.
Buna görə də bu qurumun səmərsizliyi haqqında artıq Avropanın fərqli-fərqli liderləri tez-tez fikirlər bildirirlər. Ən düzgün diaqnozu isə Azərbaycan prezidenti İlham Əliyev Davosda Yevronusa verdiyi müsahibəsində qoydu. >> Bəli.
Biz reaksiya verməyi dayandırmışıq. Keçmişdə biz reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət, Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrinin fəaliyyətinin nəticəsidir.
Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və son illərdə Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik. Ancaq düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir halda bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı təcavüzkar mövqedə olmağımızı da ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır.
>> Yenə qayıdıram reportajımızın əvvəlinə. Aşpanın belə bir vəziyyətə düşməsi bu qurumun bir institut kimi fəaliyyətinin artıq səmər və effektsiz olması ilə əlaqədardır. Aşba öz ömrünü artıq başa vurub.
Bunu prezident İlham Əliyevin və digər Avropa dövlətlərinin liderlərinin dediklərindən və qurumun fəaliyyətindən aydın dərk etmək olur. Sessiyalarda yaradılan süni ajetajlar isə artıq təsirli deyil və heç kimi narahat etmir. Bu ajajlar isə təkrar edirəm mən də varam prinsipinə söykənən və bir də deputatların maliyyə imkanlarını qoruyub saxlamağa yönələn bir ajetajdır.