Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız öz tarixi torpaqlarına qayıdacaqlar. Çünki xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub saxlayıb. Qərbi azərbaycanlıların beynəlxalq və humanitar hüquqla öz ata-baba torpaqlarına qayıdışı hər zaman dövlətimizin diqqət mərkəzində olub.
Millət vəkili Tural Gəncəliyev xəbərin oğusuna bildirib ki, Zəngəzur dəhlizinin açılması qərbi azərbaycanlıların öz doğma yurduna geri dönüşünü tezləşdirə bilər. >> Biz münaqişəni çözdükdən sonra, Ermənistanla biz müharibəni həll etdikdən sonra əsas məsələ qalır Qərbi Azərbaycan icmasının hüquqlarının bərpa edilməsi. İnsanların öz dədə-baba torpaqlarına, öz evlərinə, eşiklərinə qayıtması.
Bu bütün dünyanın qəbul etdiyi bir hüquqdur, insan hüququdur. Ona görə hesab edirəm ki, burada qayıdış hüququnun məhz Zəngəzur dəhlizinin açılması ilə həyata keçirilməsi də çox önəmli bir hadisə kimi. Nəinki Azərbaycan xalqının, ümumiyyətlə regionun, dünya tarixinin çox parlaq bir səhifəsi ola bilərdi.
Biz böyük ümidlərlə, böyük yaxın gələcəyə baxırıq ki, Zəngəzur dəhlizi inşallah tez açılsın və beləliklə də burada həmçinin Ermənistanın da özünü özü-özünü izoyasiya siyasətinə də son qoyulsun. Amerika Birləşmiş Ştatları Zəngəzur dəhlizi trib marşrutunun açılmasında əsas maraqlı tərəfdir. Çünki burada böyük telmunikasiya xəttinin açılmasından söhbət gedir.