[musiqi] Salam. Aqresiv Ermənistan layihəsini Azərbaycan ən yeni tarixində bir savaş səhifəsi olaraq səhifələyib. Bizim üçün bu süni layihəni bir siyasi silah olaraq istifadə eledyən Rusiya, İran və bir sıra digər Avropa ölkələri Tramp siyasi fəlsəfəsinin sərt küləkli burluğanında bu gün öz hayındadırlar.
Bu səbəbdən də haylar bu gün Azərbaycan dövlətinə ancaq bir yol kimi strateji əhəmiyyət kəsb eləyirlər. Başqa cür onlar artıq bizim üçün yoxdur. Acı xatirələri çıxmaq şərtilə Azərbaycan xalqının Qarabağa, xüsusilə Xankəndinə qayıdışı bölgədə tamam fərqli Azərbaycan reallığını formalaşdırıb.
Azərbaycanın Qərbi Azərbaycan adlandırdığı öz ərazilərinə qayıdışı da dünyanın Tramp dönəmində sadəcə zaman məsələsi kimi görünməkdədir. Bu günlərdə Tiflis həbsxanasından eks-prezident və misioner Saakaşvilinin Azərbaycanın Ermənistana sadəcə bir tranzit xətti kimi istifadə etməsi ilə bağlı həyanlı bir ritorik sədası gəldi. Zaqaşvili Gürcüstanın Azərbaycanın enerji ehtiyyatlarını etdiyi tranzit xidmətlərinin əlindən çıxacağı ilə bağlı verdiyi proqnoz bu ölkənin iqtisadi böhran yaşayacağına da bir həcanlı işarə idi.
Bəli. Azərbaycan enerji daşıyıcılarının ötürülməsi baxımından da Ermənistandan bir yol xətti kimi istifadə eləyə bilər Gürcüstanı. Biz bu illər ərzində sinəmizdə bəslədik.
Bu ölkəyə investisiya yatırtdıq. Bakı Ceyhan boru xəttinə görə külli miqdarda vəsait yatırtdıq, ödədik. Onlar Azərbaycanla Türkiyənin arasında sadəcə bir yol olaraq mövcud olmaqlarına görə əməlli başlı sərvət əldə etdilər.
Tranzit xətti olaraq istifadə zəminində gücləndilər. Amma zamanı və yeri gələndə əlbəttə ki, öz maraqlarını Azərbaycan maraqlarından daha üstün tutdular və Azərbaycandan gələn külli miqdarda gəlirə rəğmən özlərini düşündülər. Bu gün isə Azərbaycan öz göbəyini özü kəsmək iqtidarında gücündədir.
Rusiyanın Ukrayna savaşında pərkimlənməsi, İranın Tramp administrasiyası ilə apardığı gizlin və açıq danışıqlar, İsrail faktorunun Türkiyə reallığı ilə kəsişməsi əlbəttə ki, Azərbaycan qarşısında yeni geosiyasi tələblər qoyub. Barış elementi eyni zamanda iqtisadi səmərə kimi səciyyələnməkdədir. Barış fəlsəfəsi azərbaycanlılar üçün əlbəttə ki, bir günün işi olmayacaq.
Ermənilərin Azərbaycana vurduğu ruhani və fiziki zədənin unudulması zaman tələb edir. İqtisadiyyat isə elə bir sahədir ki, zaman gözləmir, zamanı idarə edir. Bu gün Trampın bölgədəki Azərbaycan-Ermənistan barış siyasətinə Azərbaycan tərəfindən qədərincə əməl edilir.
Ermənistanda isə barışın qarı olan Paşinyana hələ də basqılar olunmaqdadır. Rusiya zamanında yaratdığı Qarabağ klanı, Avropadan idarə olunan bəzi qüvvələr, revanşistlər, millətçilər, daşnaq və qınçaq tərəfdarları hələ də Azərbaycanla hərbi dildə danışmağın gərəkli olduğunu söyləməkdədirlər. Bununla belə Azərbaycanın Ermənistana son günlər verdiyi benzin və digər strateji məhsullar onlar üçün də həyatı vacib məhsullar kimi artıq gündən-günə artmaqdadır.
Bu isə o deməkdir ki, Ermənistanın böyük transmilli layihələrə cəlb edilməsi prosesi də uzaqda deyil və bu addım atılarsa, əlbəttə ki, Azərbaycan xalqının milli maraqlarının təmin edilməsindən sonra mümkün olacaqdır. Bizim milli maraqlarımız isə Qərbi Azərbaycana silahla qovulmuş əhalimizin geri öz dədə-baba yurdlarına qaytarılması, qədim Azərbaycan torpaqlarının de facto və deyuri bizə qaytarılması ola bilər. Belə olan təqdirdə, şəraitdə Azərbaycan tranzit xəttlərinin Gürcüstan üzərindən deyil, Ermənistan üzərindən də keçməsini düşünər və əlbəttə ki, əraziyə öz əsgərlərinin qoruyacağı tranzit xəttləri çəkər və çəkə bilər.
Və əslində bu qısa yol Azərbaycan üçün də iqtisadi zəmində əlverişli olar. Təkcə iqtisadi baxımdan deyil bu. Həm də bizim bölgədə artıq bütün parametrlərdə lider olduğumuzun sübutu olar.
Ərazidə Azərbaycan əsgərinin qoruduğu, Azərbaycanın enerji və digər məhsullarının dünyaya çıxışını təmin edən tranzit xəttlər yaradılır. Ölkəyə həm gəlir, həm də nüfuz gəlir və Azərbaycanın qüdrəti bir daha tarixdə olduğu kimi özünə qayıdır.