Bu həftənin siyasi gündəminin əsas mövzularından biri prezident İlham Əliyevin Davus iqtisadi forumunda iştirakı və əldə olunan nəticələrdir. Azərbaycanın Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə yaradılan sülh şurasına təsisçi üzv kimi dəvət olunması rəsmi Bakının Qlobal sülh gündəliyindəki rolunun tanınması kimi qiymətləndirilir. Davda prezident İlham Əliyevlə ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüş isə iki ölkə arasında siyasi dialoq yeni mərhələyə keçdiyini göstərir.
>> 19-22 yanvar tarixlərində Azərbaycan prezidenti İlham Əliyev İsveçrənin Davul şəhərində keçirilən Ümumdünya iqtisadi forumunun illik toplantısında iştirak etdi. Forum çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib. Xüsusilə prezident İlham Əliyevlə Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp arasında baş tutan görüş siyasi əhəmiyyət daşıyır.
Bu təmas Azərbaycan ABŞ münasibətlərində dialoq yenidən aktivləşdiyini və Bakının Vaşinqton tərəfindən etibarlı strateji tərəfdaş kimi qəbul edildiyini göstərir. Azərbaycanın sülh şurasına təsisçi üzv kimi dəvət edilməsi də bu yanaşmanın açıq göstəricisi hesab olunur. 21-ci əsrdə nizamsızlıq mərhələsi arxada qaldıqdan sonra yeni yarana biləcək mümkün beynəlxalq təşkilatların ən böyüyündə ki, nəzərə almaq lazımdır ki, 59 dövlət artıq burda bu üzvlüyü qəbul edibdir.
Azərbaycan təsisçi dövlətdir. Bu qeyd etdiyimiz kimi mühüm bir tarixi hadisədir. İkinci tarixi hadisə kimi səcləndirə biləcəyimiz məsələ Davusda Amerika Birləşmiş Ştatları prezidenti ilə Azərbaycan prezidenti arasında iki tərəfi görüşün keçirilməsidir və bu görüşdən dərhal sonra artıq Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Vins Azərbaycana səfəri ilə bağlı məlumatın yayılmasıdır.
>> Ekspertlər bildirirlər ki, Vaşinqton Cənubi Qafqazda sabitliyin təminində Bakının rolunu yaxşı anlayır. Azərbaycan artıq təkcə regional deyil, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və sülh təşəbbüsləri baxımından qlobal səviyyədə də əhəmiyyətli tərəfdaşa çevrilir. Yeri gəlmişkən, Birləşmiş Ştatlar prezidenti Donald Tramp Trus sosial şəbəkəsindəki paylaşımında Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair mesajlar verib.
Ehtimal olunan əsas müddəalardan biri ondan ibarətdir ki, ABŞ konqresi tərəfindən 97-ci düzəliş tam icra edilib aradan qaldırıldıqdan sonra Amerika ilə Azərbaycan Respublikası arasında hərbi əməkdaşlıq genişləndiriləcək. Yeni hərbi məhsulların alınması məhz Amerika tərəfindən təmin olunacaq. Sərhədlərin qorunması, dəniz sərhədlərinin qorunması istiqamətində müvafiq hərbi texnikaların Azərbaycana təmin edilməsi həyata keçiriləcək.
Azərbaycana iqtisadi və siyasi dəstəyin göstərilməsi, Azərbaycan üzərindən nəqliyyat xablarının inkişaf etdirilməsi, yaşıl enerjinin Avropa ölkələrinə çatdırılması istiqamətində mühüm addımlar atılacaq. >> Azərbaycan ABŞ münasibətləri artıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Ticarət, tranzit, innovasiya və rəqəmsal sahələrdə əməkdaşlıq imkanları genişlənir.
Ekspertlər hesab edirlər ki, bu proses qeyri-neft sektoru üzrə ixracın artmasına da töhfə verəcək. Beləliklə, Davosda keçirilən görüşlər Azərbaycanın Birləşmiş Ştatlar üçün etibarlı və strateji tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Mələk İnqilablı, ATV Xəbər.
M.