[musiqi] [musiqi] Axşamınız xeyir. Diqqət mərkəzinə baxırsız. Dünyanın bir nömrəli diqqət mərkəzində olan mövzu Birləşmiş Ştatlar və İran arasında müharibə perspektivi.
Dünya Donald Trampın hücum əmri verib-verməyəcəyini və eləcə də İran hakimiyyətinin Birləşmiş Ştatların şərtləri ilə razılaşıb-razılaşmayacağını müzakirə edir. Proqnozlar həddindən artıq çoxdur. Amma bir çox mütəxəssislər, siyasi şərtçilər İrana zərbələrin endiriləcəyi qənaətindədirlər.
Bununla belə bu zərbələrin əleyhinə olan dövlətlər də var və onların sırasında ilk yeri yəqin ki, Türkiyə tutur və Türkiyədə müəyyən dərəcədə diplomatik aktivlə müharibənin qarşısını almağa çalışır. Müharibə olacaq və ya olmayacaq. Bu mövzunu biz bu gün studiyamızda ictimai televiziyanın aydınlıq proqramının aparıcısı, politoloq Eldar Namazovla müzakirə edəcəyik.
Eldar müəllim, axşamınız xeyir. Studiyamıza xoş gəlmisiz. >> Hər vaxtınız xeyir.
Təşəkkür edirəm dəvətinizə görə. >> Böyük müharibənin ərəfəsindəyik. yoxsa sadəcə hərbi zərbələrin ərəfəsindəyik, yoxsa heç biri olmayacaq?
>> Murud müəllim, gəlin bir neçə vacib məsələləri qeyd eləyək. Xüsusən də bax bu gün bu gecə biz bunu niyə müzakirə eləyirik? Bu önəmli məsələdir.
Adətən belə hərbi əməliyyatları məhz həftənin beşinci günündən altıncı gününə keçən gecələr həyata keçirirlər ya da altıncı gündən bazar gününə keçən gecələr. Niyə? Ona görə ki, ilk gün olanda sadə vətəndaşların arasında təlfatlar çox olur.
Bunu nəzərə alırlar. İkincisi, belə hərbi əməliyyatlar adətən dünyanın valyuta birjralarına çox pis təsir edir. Amma şənbə, bazar həmin o birjralar bağlıdırlar.
Ona görə də həftənin birinci günə qədər artıq özünə gəlirlər. Ona görə də adətən belə böyük hərbi əməliyyatlarının keçirilmə vaxtı, ən uğurlu vaxtı məhz bax bu qabaqdan gələn gecədir və ondan sonra şənbə günündən, bazar gününə keçən gecədir. Bax bu iki gecəni biz belə zərbələri gözləyə bilərik.
Mən sizlə razıyam ki, ekspertlərinin əksəriyyəti deyir ki, zərbə vurulacaq və onların bir əsası var. Bir mən iki əsas görürəm məslə qalsa. Birinci əsas hansını ki, bütün ekspertlər qeyd eledyirlər dünyada.
ABŞ İran körfəzinə, İran ətrafına çox böyük qüvvələri yığıb. Bu özü-özlüyündə böyük bir əməliyyatdır. 100 milyonlarla dollar xərclənilib.
Ora böyük qüvvələr gəlib. Axırıncı dəfə belə böyük qüvvələr hətta bu ilin 12 günlük müharibəsində yox, vaxtilə Səddəm Hüseynə qarşı o səhrada tufan əməliyyat keçirəndə həmin dövründə bu qədər qoşunlar yığılmışdı bir yerə bax bu yaxın şərqə. Hamı da başa düşün elə belə bunu yığmırlar.
bunları gətirirlərsə bura 100üz milyonlarla bunlar xərcləyirlərsə deməli bunun nəsə real bir addımları olmalıdır. Bir tərəfdən fars köcəlizi tərəfindən aviaadaşıyıcı böyük gəmilər, onun yanında üç-dördən də esminis gəmilər, tamaqap raketlərində təchiz olunmuş esmenistlər orda dururlar. O tərəfdə başqa bir aviadaşıyıcı Gorbş ora yaxınlaşır.
Onun da S-ministrləri var. Yəni bu çox böyük qüvvələrdir. Ekspertlər hesablayıblar ki, nə qədər təyyarələri onlar gətiriblər ətrafda olan hərbi bazalarda yerləşdiriblər.
Yəni belə böyük qüvvəni Donald Tramp ora yığıbsa, deməli nəsə bu ciddi addım atmaq istəyir. Və ikinci səbəbi mən özüm bura əlavə edirəm. Bu da ondan ibarətdir ki, İran hakimiyyəti, hakimiyyətinin başında duran adamlar ABŞdanla bir razılığa gəlmək, gəlmək fikrində deyillər.
Söhbət prezidentdən getmir, xarici işlər nazirliyinə getmir. Bu islahçı qanat var, onlardan getmir. Amma İranın ali dini rəhbərinin bütün çıxışları çox sərt olur, birmənalı olur.
Aydındır ki, on illərlə aparılan bax bu siyasəti, siyasət onun leqitimliyini təmin etmişdi. Və indi bunun hamısından impina eləmək. ABŞ-ın orda dörd şərti var.
Nüvə proqramından tam imtina. nüüvə orda sahını hazırlamaq üçün müəyyən bir miqdarda onlar xammal yığmışdılar. Onun yerini göstətmək bir neçə yüz kiloqram orda o xammal var onun yerini göstətmək raket proqramlarından imtina eləmək.
Ona görə onların balistik raketləri istehsal olunur. Onlar İsrail də vura bilirlər, başqa yerləri də vura bilirlər. Və dördüncü də yaxın şərtdə bütün siyasəti dəyişmək.
Artıq orda Xezbullaha dəstək, xüsusilərə dəstək, Xəmasa dəstək, bütün bu məsələlərə son qoymam. >> Yəni İranın illərlə həyata keçirdiyi siyasətin sütunlarını birdən yox eləmək, >> birdən yox eləmək. Ona görə də İranın rəhbəri üçün belə bir razılığa gəlmək, buna hə demək bu qeyrimümkündür.
O da buna razı olmur. Əgər Tramp belə bir qərar verəcəksə, bu nə qərar ola bilər? Onunla da bağlı böyük mübahisələr gedir.
Orda dörd- beş ssenarilər var ki, ən yüngül ssenaridən, daha ağrısız, daha az tələfətlə olan ssenaridən və ən ağrılı, ən mürəkkəb, ən faciəvi ssenariyalar kimi də var. Hətta deyirlər ki, ola bilsin ki, güc tətbiq edilməyəcək. Buna görə İran trapi razılığa gələcək.
Mən artıq dedim bu ehtimalı nəzəri gətdən biz nəzərə alaq. Amma onun reallığa yaxın olması çox müşül məsələdir. Ona görə 10 illərlə aparılan siyasətdə birdən-biri yox demək, bu ölkə daxilində də faktiki olaraq böyük narazılıqla həyiyəti dəstəkləyən dairələr də məsələni qaldıracaqlar üçün bəs bu 10 illərlə biz nə iş görürdük?
100 milyarddan dollar xərclədik. Sürəyə dəstək, Xamasa dəstək, Xezbola dəstək, xüsusilərə dəstək. özümüz agalabaş ixtiyaratımız pis vəziyyətdə pullarımızsa xaricə gedirdi.
İndi isə məlum olur ki, >> yəni bu qəbul edilməz, >> qəbul edilməzdi. Ona görə də bax bu lap ağrısız İran tərəfi razı olacaq. Bu variant deyirlər ki, sıfıra yaxındır.
Başqa bir variant deyirlər ki, ola bilsin Tramp bu qədər qüvvəni gətirib İranı blokadaya alacaq. necə Venezuelanın blokadı alacaq və blokada alıb deyəcək ki, İran neft dünya bazarlarına çıxmayacaq. İran iqtisadiyyatı da yalnız neftdən asılı, onun satışından asılıdır.
Bu da mürəkkəb bir vəziyyətdir. On görə həmin fars köc vəzini bağlasalar, orda ərəb ölkələri də ordan dünyanı neft alverinin 20 faizi ordan keçir. Onların da qapısı balana bilər.
İran da onların tankerlərini vura bilər. Ona görə də bu ehtimal da o qədər də reallığa yaxın deyil. Başqa bir daha yüngül ssenari var.
Venesuela ssenarəsi. O mənada ki, bəlkə İranın dini rəhbəri yox, onun ətrafı ABŞla razılığa gələ bilər. Və deyək üçün biz ABŞ-ın bu tələblərini qəbul edirik.
Təbii ki, rəsmi olaraq yox, pərdə arxasında Nişin Benesel da oldu. Onda ABŞ-ın əsas zərbəsi ali dini rəhbərə qarşı olacaq. onu vurmaq üçün onlar raketlərlə vuracaqlar.
Bütün İranı vurmaq, bütün obyektləri vurmağa ehtiyac olmayacaq. Ancaq burda gərək SPAX razılığı olsun. ki, bax orda ən böyük hərbi qüvvəyə malikdir.
İqtisadiyyatın böyük hissəsini o nəzarət eləyir. Bu ehtimal olsaydı ki, İran rəhbərliyində böyük bir hissəsi ABŞla razılığa gəlsin. Onda olacaqdır bir Venezuela variantı ki, bir neçə zərbə, üç-dörd dənə zərbə, beş-altı dənə zərbə, bir neçə saat və məsələlər öz həllini tapdı.
Bu ehtimal da hesab eledyirlər ki, sıfır sıfır deyil, amma çox yüksək də deyil. qalır daha ağrılı. O ağrı variantlarda artıq İranın dövlət orqanları, ali din rəhbəri, onun tərəfdarları, ən vacib siyasi institutları, sepaxın bütün gərgahları və sairə onların hamısını raket proqramına aid olan hərbi bazaları, >> bu, bu müharibədir.
>> Bu müharibədir. Düzdür, burda quru qoşunlar istifadə olunmayacaq. bu Saddam Hüseynə qarşı istifadə olunmuşdu.
Ancaq burda yəqin onu hesablayırlar ki, əgər etirazçılara qarşı güc tətbiq edən qüvvələr darmadağın olsa, onda etirazçılar yenidən küçəyə çıxacaqlar və İranda hansısa bax bu yolla da İranda siyasi dəyişikliklər baş verə bilər. Hər halda Tramp gözlədi. 10 gündən artıq gözlədi.
O dedi ki, kömək gəlir. O etiraçılara müraciət eləmişdi. Demiş kömək gəlir.
O bunu gözləyirdi. Ona görə ki, o etirazların qızın vaxtında ABŞ-ın bu bölgədə qüvvələri qalmamışdı. İki dənə esmin qalmışdı Paş köfəsində.
Ancaq əsas qüvvələr artıq çəkilmişdilər qırağa. Həmin vaxt bu Avram Linkon daşıyıcı böyük gəmi, onun da ətrafında beş-altı dənə esministlər, kreserlər onlar Çin dənizində orda təlimlər keçirdilər. Onlara da bir həftə, 10 gün vaxt lazım idi ki, gəlsinlər bu regiona.
Ona görə də vəziyyət çox çətindir, çox gərgindir. Bu bizim sərhədimizdə baş verəcək. Orda bizim on milyonlarla soydaşlarımız yaşayır.
Ola bilsin hardasa Avstraliyada yaşayanlar, kolumiyada yaşayanlar bu günlərdə rahat öz işlərində məşğul ola bilirlər. Amma biz bir qonşu dövlət kimi və bütün bu məsələləri nəzərə alıb çox diqqətli olmalıyıq. Orda hər ola bilər.
Bizim tərəfimizdən ən az humanitar yaradıma da ehtiyac ola bilər. Biz bilmirik hansı miqyasda olacaq o zərbələr. Amma bu qədər böyük qüvvələri ora gətirmək ABŞ tərəfindən həm fars kör körfəzi tərəfindən, həm də aralıq dənizi tərəfindən.
Bu yalnız vaxtilə Saddam Hüseynə qarşı olan, Səddam Hüseynə qarşı olan o müharibə dövründə olmuşdu. Onu elə-belə gətirmirlər. Artıq 100 milyonlarla dollar bax bu manevrlər üçün onları gətirmək üçün ABŞ xərcləyib.
Onlarda elə-belə pul xərcləyən dövlətir. Eldar müəllim, gəlin əvvəlcə pis variantı müzakirə eləyək. Yəni Azərbaycan öz sərhəddində, regionda gərginliyin olmasında maraqlı deyil.
Bunu prezident İlham Əliyev də ifadə eləyib dəfələrlə və konkret İran məsələsi ilə bağlı da fikrini bu istiqamətdə bildirmişdi. Dövlət başçısı vurdu Tramp raketlərlə, tamaqkılarla dövlət binalarını vurdu və sair və ilaxır da hücum. İran cavab verdi.
Atəş açdı İsrailə. atəş açdı Yardaniaya ki, ABŞ hərbi bazaların və sair və ilaxır. Müharibə başladı.
Bu zaman hadisələr necə cərəyan eləyə bilər? Çünki biz İsrail İran müharibəsini gördük, 12 gün davam elədi. İran birinci zərbəyə çətin də olsa tab gətirdi.
Sonra isə cavab verirdi və İsrail da bu cavabı hiss eləyirdi. İndi necə ola bilər? Yəni bu müharibə olarsa ən pis variantda bu müharibə uzun müddətlidir yoxsa qısa müddətlidir?
Və İran tarixində bir amil var. Daim ekspertlər bunu deyirlər ki, İran xalqı, İran vətəndaşları xaricdən təzyiq olanda birləşməyə meyillidirlər. Bu amil öz rolunu oynaya bilərmi?
>> Siz raket zərbələri haqqında danışdınız. Alakini İran İsrailə qarşı vurdu. Həqiqətən də həmin o iki günlük müharibədə bu İran tərəfindən verilən bir cavab idi.
O, o hərbi əməliyyatı biz nəzərdən keçirsək, biz görərik ki, iş zərbə ilə həm ABŞ, həm İsrail, birinci İsrail başlamışdı. İranın havadan müdafiə simlərini vururdu və vura bildi, darmadağın edə bildi. Elə bir vəziyyət yaranmışdı ki, Tehranın, Tehranın başının üstündə, semasında İsrail təyyarələri rahat uçurlar, haram bombardman edirlər.
Ancaq yerdən onları vuran havadan müdafiə sistemləri yoxdur. Ona görə ki, üçün İsrail ilk növbədə onları vurmuşdu. raket bazalarına o qədər də diqqət o vaxtı yox idi.
Ancaq sonra bəlli olanda ki, İranın güclü raket bazaları da var və onlar İsrailə qarşı cavab atəşi vururlar. Onda artıq həmin diplomatiyada ABŞ və İsrail bu İranın raket proqramını bərabər tutdular nüvə silahından bir yerdə və İrandan tələb eləyirlər həm nüvə proqramından infina elə, həm də raket proqramından imfina elə. Bu bir diplomatiyada bir dəyişiklik oldu ki, İranın raket proqramını təhlükə gördülər və onu da elə nüvə silahınla bərabər İranın qarşısında şərt qoyular.
İkinci dəyişiklik nə oldu? Hərbi strategiya dəyişiklik edildi. İndi İsrail artıq havadan müdafiə sistemlərinə o qədər də vurmağa ehtiyac yoxdur İranın.
Ona görə onlar artıq yayda vurulublar, tam bərpa oluna bilməyiblər. Onları asandır yenə də sıradan çıxartmaq. əsas zərbələri hərbi ekspertlər deyirlər ki, vurulacaq.
Elə ilk zərbə olacaq. Bir neçə havada müdafiə sistemləri nələr qalıb onlara. Bir də həmin o raket bazalarına həm ABŞ vuracaq, həm də İsrail vuracaşıq onları tərk silah etmək.
Bunun siz dediyiniz o təhlükəni artıq hərbi ekspertlər ABŞda və İsrailə görüb indi öz hərbi planlarına dəyişikliklər edirlər. Bu nə qədər uzun davam edə bilər? Trampın tapşırığı var Pentaqona.
Bu haqda mətbuatda demişdi. Tramp demişdi ki, bu qısa müddətli olmalıdır, şiddətli olmalıdır və birdə dəfəlik məsələni həll eledən bir planlar olmalıdır. Hətta bura əlavə etmişdi ki, lazım gəlsə biz quru qoşunlardan istifadə etmirik.
Amma Venezuela olduğu kimi komandos dəstələri helehoklərlə 100 nəfər, 50 nəfər lazım olan obyektə girib orda öz işini görüb, ordan sonra çıxıb yenidən onan qayıda bilərlər. Belə əməliyyatlar da indi artıq o plana salınıb. ABŞ prezidenti istəyir ki, boğulsun bir-iki gün ərzində bu məsələ bitsin.
Hamı da başlayır hesablanmağa. ABŞ buna gücü çatacaqmı yoxsa yox? Hesablayırlar ki, ora gələn bu iki aviadaşıyıcı deməli gəmilər, böyük gəmilər.
Görş buş da var, Abraham Linxon da var. Bir yeddi-səkkiz SMS var. Onlar bütövlükdə baxanda hardasa raketdən, tamaq raketindən mindən artıq o tamaq raketləri var.
Yəni bir zərbə ilə onlar İrana qarşı 1 tamaqap raketi ata bilərlər. Ondan sonra artıq təhələrlə, orda tamaq raketlər olmayacaq, təyyarələrlə də başqa raketlərdən istifadə edib işlərini davam edəcəklər. Və hərbi ekspertlərin belə fikri belədir ki, qısa müddətdə həmin o təhlükələri vurmaq, təhlükəli yerləri vurmaq üçün ABŞ-ın İsrailin imkanları var.
Bu uzun müddətli olmayacaq. Xüsusən də nəzərə alsaq ki, o havada müdafiə sistemi demək olar ki, orda pis vəziyyətdədir, ifrik vəziyyətindədir. Amma ondan sonra İranın daxilində hansı proseslər gedəcək və insanların buna münasibəti necə olacaq?
Siz haqlısınız. Müharibə dövründə adətən insanlar etiraz etmirlər. Fikir verin, müharibə oldu yayda etirazlar başladı dekabr ayında.
Yəni bir müddət camaat o müharibədən sonra da biraz dözdü o vəziyyətə. Yalnız artıq müharibə yavaş-yavaş yaddan çıxmağa başlayanda dekabr ayında, keçir ilin dekabr ayında növbəti dəfə İranın realı o devalvasiya olunanda insanlar küçəyə çıxdılar ki, belə yaşamaq mümkün deyil. Və indi mən sizə deyim bu amill də çox vacib rol oynayır ki, bax o hadisələrdən sonra, bax etirazlardan sonra iqtisadi durum daha da pisləşir.
Artıq devalvasiya qalxıb. 1 milyon 600 minə qədər bir dollara bərabərdir İranın pulu 1 milyon 400 min idi, sonra 500 min oldu, indi 600 minir. Və İranın xəzinəsində lazımi resurslar yoxdur.
Hökümətin nəzarətində o resurslar yoxdur ki, insanların bu haqlı tələblərini hətta ali din rəhbər də deyir ki, onlar narazı olmağa haqlıdırlar. Pizişkinyan da deyir ki, onlar narazı olmağa haqlıdırlar. Amma onların haqlı narazılığını aradan qaldırmaq üçün İranın xəzinəsində o pullar, o imkanlar yoxdur.
Ona görə ki, pullar xərclənmişdi vaxtilə Siyaya, nə bilim, Xilərə, Xamasa, hətta Venezuelad bir neçə milyard irandan pul götürmüşdü və o pullar da batdı. Venezuelada artıq hakimiyyət dəyişib. O pulları heç kim qaytarmayacaq.
Ona görə də orda ssenariyər müxtəlif ol, çox müxtəlifdir. Ona görə də bizim üçün məhz ona görə təhlükəlidir ki, ssenilər müxtəlifdir və biz də çox həsas bu məsələyə yanaşırıq. Bir tərəfdən qonşumuzdur.
Qonşumuz olduğuna görə bu haqda danışmamaq bu yanlış olardı. Yenə də deyirəm hardasa Avstraliyada bu haqda danışmaya bilərlər. Məhz ona görə ki, qonşumuzdur.
Bizim sərhəddimizdə baş verir və orda on milyonlarla bizim soydaşlarımız var. Məhz ona görə də biz çox narahatıq. Ölçürük, biçirik, müzakirələr aparırıq, qiymətlər veririk ki, bu bizdən asılı olan məsələ deyil.
Bu bizdən asılı deyil ki, o müharibəni saxlayaq ya da qarşısını alaq, ya da onu nəsə yumşaldaq. bu bizim iradəmizdən kənardadır. O 10 illərlə aparılan siyasətin də faktiki olaraq məntiqi nəticəsidir ki, biz vaxtilə nə qədər tənqid etmişdik, nə qədər fikirlər söyləmişdik ki, müsəlmanlara dəstək elə qonşu Azərbaycan var.
Azərbaycanın 20% torpağı işğal altındadır. İşğalçını o torpaqlardan çıxarda bilmirik. Sizin də onlarla gözəl münasibətləriniz var.
onlara təsir edim, bunlara təzyiq edim və sairə. Yəni bütün bunlar hamısı illərlə yığılan, yığılan, yığılan gəldi. İndi bax belə bir və >> Azərbaycan tərəfi bəyan eləyib ki, dünən Xarici İşlər Nazirliyinin məlumatı oldu ki, Azərbaycan heç bir halda öz hava məkanından və öz ərazisindən İran əleyhinə istifadəyə imkan verməyəcək.
Bu Azərbaycanın illərlə tutduğu siyasi xəttdir və bütün təzyiqlərə rəğmən biz bu xətti davam etik. >> Şübhəsiz də belə də olacaq. Bunun heç bir şübhəsimdə şübhə yoxdur.
>> Eyni zamanda yəqin ki, Azərbaycan hökuməti müxtəlif ssenariyilərə hazırlaşıb və o cümlədən müharibə ssenarisinə və bunun Azərbaycan üçün yarada biləcəyi humanitar çağırışlar ssenarisinə də hazırdır. Çox güman ki, >> biz həmişə qardaş ölkələrə köməklik eləmişik. Bu həmişə belə olub.
Türkiyədə yanğınlar olur, biz köməklik eləmişik. Zəlzələr olur, biz köməklik eləmişik. Mərşəzi Asiya dövlətlərinə köməklik eləmişik.
Təbii ki, İranda hansısa bir humanitar ciddi problemlər olsa, insanlar çox əziyyət çəksə, təbii ki, Azərbaycan həmişə dəstək vermək hazır. >> Amma bir sülh ssenarisi də qalır Eldar müəllim. Ona görə ki, bir çox beynəlxalq müşahidəçiləri, ekspertlər yazır ki, Tramp özü hələ bu zərbənin nəticəli olacağına və onun istədiyi nəticənin əldə ediləcəyinə tam əmin deyil.
Digər tərəfdən Türkiyənin çox aktiv vasitəçilik fəaliyyəti var. Hətta Hakan Fidanın müsahibəsində bəyan elədi ki, biz təklif eledyirik ki, bir üçlü görüş keçirilsin Tramp, Rəcəb Tayyib Ərdoğan, Pezeşqiyan və bu görüşdə mərhələli sürətdə müzakirə eləyək ki, mərhələli sürətdə imtina eləsin və yaxud da plan həyata keçirsin. Əvvəl gəlin növə proqramından danışaq, sonra balistik raket proqramından danışaq, sonra proksilərdən danışaq.
Yəni danışaq sözün kökü danışaq. sülh variantında nə dərəcədə ehtimal eləyirsiz? Mən hətta bura onu da daxil eledyirəm ki, indi Amerika o qədər qoşun yığıb əgər sülh variantına razılaşa bilərlərsə, belə bir razılıq əsasında Amerika bir dənə raket ata bilər ora.
Artıq bu variantlar olub da. Amerika bir raket atır İrana, İran bir raket atır Amerikanın tutalım ki, hansısa ölkədəki bazasına. Deyirlər hə biz bir-birimizi vurduq və otururlar masaya ki, danışsınlar.
Siz dediyiniz, siz dediyiniz məsələlər indi hər yanda müzakirə olunur. ABŞ-ın üzündə də müzakirə olunur. Hətta ABŞ administrasiyasının içərisində müxtəlif fikirlər var.
Ancaq əsas rol indi oynayan dövlət katibi Rubyodur. Onun komandasıdır. Və onların mövqeyi isə çox sərtdir.
Və onların bir arqumenti var. Onlar bunu gizlətmirlər. Elə iki gün bundan əvvəl Marco Rubio konqresdə çıxış eledyirdi.
O vaxt daşırı dövlət katıbi kimi konresdə beynəlxalq komissiya özlərinin qarşısında çıxış eledyir. Onların suallarına cavab verir. Yəni növbəti dəfə bu iki gün bundan əvvəl olmuşdu.
Onların burda bir yanaşması var. onu rəsmi bəyan deyirlər ki, İran islam inqilabı dövründən başlayaraq bu günə kimi hələ İran rəhbərliyi bu qədər zəif olmur. Həm daxili proseslər, həm iqtisadiy fürsətdir.
Bir söz >> bir fürsət bu bir pəncərədir. O pəngələnin ki, həm İsrail, həm ABŞ, ABŞ ona görə ki, İran rəsmi olaraq ABŞ-ı bir nömrəli düşmən elan etmişdi. Halbuki inqilabdan əvvəl ABŞ- İran münasibətləri çox yüksək səviyyədə idilər.
Mütəfiq idilər onlar. Və indi deyirlər ki, bu bir fürsətdir. 30-40 ilin ərzində bir dəfə indi bu pəncərə yaranıb.
Biz ondan istifadə etməsək, boş-boş danışıqlara getsək, heç bir nəticə əldə olunmasa onda demək olar ki, biz bunu əldən verdik və bundan sonra illər boyu hamı qınayacaq ki, sizin əlinizdə bu fürsət var idi. Bir bu arqument var. İkinci arqument onlar deyirlər bu siz dediyiniz ssenarinin əleyhinə olan adamlar.
Marka Rubio və başqa komanda üzvləri. Onlar deyirlər ki, biz İran prezidentindən mesajlar alırıq. İranın xarici işlər nazirindən mesajlar alırıq.
O mesajlara inanmağa başlayırıq. Bizim nümayəndələrimiz onlarla əlaqə saxlayır. Bəlidir ki, Vitkovlaş Donald Trampın xüsusi elçkisindən şırasında yazışmalar da olur və sairə əlaqə saxlayırlar.
Amma sonra çıxır ali dini rəhbər. Bütün onlar həm prezidentin, həm xarici işlər nazirinin verdiyi bəyənatların üstündən bir xətt çəkir. Deyir burda söz sahibi mənəm, qərara mən verirəm.
Mən də deyirəm ki, biz həmin o 12 günlük müharibədə qalib gəldik. Amerikanı indi təşkil elədiyi bu etiraçların da belini sındırdıq və bundan sonra da siyasətimizi davam etdik. >> Yəni radikal xətt girir.
Elə olanda da ABŞ tərəfdə də radikallar daha da güclənir, daha da arqumentləri daha güclü görsənir. Onlar da öz tərəfindən Trampa təzyiq eləyirlər ki, bax görsən nə cür razılığa gələcəksən. Onlar vaxtlar, sonra da bu pəncərədə bəlkə yox olacaq.
İndi elə bir fürsət yaranıb ki, İranın müttəfiqləri də ona dəstək verə bilmirlər. Misal üçün Rusiya. Rusiya bu yaxınlarda bir neçə dənə təyyarə ya da nəsə göndərmişdi onlara.
Ancaq bu o qədər də prinsipial məhd kəsir eləmir. Ancaq Rusiya nə Bəsarasada dəstək verə bildi, nə 12 günlük müharibədə İrana dəstək verə bildi, nə Maduraya dəstək verə bildi öz müttəfiqinə Venezuelada. Ona görə də bunu da əlavə eləyirlər.
Əs çin, Elar mə. Çin, >> Çinin çox maraqlı strategiyası var. Çinin tarix boyu Avrasiya məkanına ya da başqa bölgələrə kobud soxulması, hərbi qüvvə ilə, orduların bu ən əinə yoxdur.
Kin həmişə qapanmışdı öz daxili siyasətinə, daxili bazarına. onun dünyada istifadə etdiyi yeganə ancaq çox effektli deməli instrument bu iqtisadi instrumentdir. Kinin çoxlu pulları var.
Çox böyük yatırımlar qoyur çox böyük layihələr həyata keçirir. Bu yumşaq güc deyilən bir şeydir. Və kin yumşaq güc baxımdan hətta indi ABŞla demək olsun bərabər gedir.
ABŞ-ın köhnədən qalmış hələ yumşaq gücü var. Hələ o soyuq müharibə dövründən yaranmış. Amma kin o qədər uğurla bu iqtisadi amildən istifadə edib, öz böyük zəngin imkanlarından istifadə edib, bu yumşaq gücü tətbiq edir ki, Afrikada da, Latin Amerikasında da ABŞla rəqabət aparır.
Amma hərbi güc kimi yox, hərbi qüvvə kimi yox, kin yalnız bir məsələdə güc tətbiq etmək haqqında hərdən bir bəyanat verir. Bu da Tayvan məsələsində. O deyir bu mənim ərazimdir.
O kinə aiddir. Biz öz ərazi bütövlüümüzü bərpa eləməliyik. Başqa yerə hərbi müdaxilə etmək, başqa regionlara müdaxilə eləmək, öz müttəfiqlərinə hərbi yardım göstərmək bu kinin siyasətində yoxdur.
>> Eldar müəllim, proqramımızın son dəqiqələridir. Onun üçün mən sizə bu sualı bir daha təkrar eləyəcəm. Çox qısa cavab.
vuracaq, vurmayacaq? >> Mən güman edirəm ki, vuracaq. Zərbənin, zərbə kifayət qədər ciddi olacaq.
Təəssüflər olsun. Mən bunu təssüf hissindən deyirəm. >> Təşəkkür edirəm, Eldar müəllim studiyamıza gəldiyinizə görə.
Hörmətli tamaşaçılar, biz bu gün diqqət mərkəzində Aydınlıq Verilişinin müəllifi, politoloq Eldar Namazovla Birləşmiş Ştatlar və İran arasında gedən prosesləri müzakirə etdik və çox təəssüf ki, qonağımızın proqnozu bədbin oldu. Birləşmiş Ştatların İrana zərbə endirəcəyi an məsələsidir. Ümid edək ki, bu regionumuz Azərbaycan və eləcə də bizə dost olan ölkələr, eləcə də mülki əhali dinclar üçün mümkün qədər az problemlə ötüşəcək və regionumuz yeni böyük müharibənin alovuna düşməyəcək.
Bizə baxdığınıza görə təşəkkür edirəm. Gecəniz xeyir qalsın.