İlham Əliyev Məsud Peteşqiyanla danışdı. Amerika Birləşmiş Ştatları İran gərginliyi pik hətdə çatdı. Türkiyə Vaşinqtonla Tehranı razılaşdırmağa çalışdı.
Həftənin adı İran oldu. Baş verənlərdən bir saatda danışıram. >> Dünya gözləmədə Tramp bu həftə də İranı vurmaq əmr vermədi.
İran danışıqları üçün şərtlərini açıqladı. Vaşinqton düyməyə nə vaxt basacaq? >> Çox güman ki, Amerika Birləşmiş Ştatları hərbi təzyiqlə müvafiq siyasi dəyişiklərə nail olacaq.
>> İrana hökm hansı ssenarilərə səbəb ola bilər? >> İran dağıla və parçalana bilər. >> Bir zamanlar müttəfiq, İslam inqilabından sonra düşmən.
keçərikçı bunu. >> İran bir vaxtlar onu sabitlik adası adlandıran Amerika Birləşmiş Ştatları ilə niyə və necə düşmən oldu? >> İranın baxışına görə ABŞ İsrail alyansı Yaxın Şərqdə İranın demək layiq olduğu nöqtəni almağa mane olur.
>> İran ətrafında gərginlik, Azərbaycanda da narahatlıq yaratdı. Bakı hansı siyasi risklərlə üz-üzlədi? >> Mümkün müharibənin psixoloji və informasiya müharibəsi mərhələsindədir.
Azərbaycan Amerika Birləşmiş Ştatları İran müharibəsi ehtimalına qarşı nələrə hazır olmalı və hansı işlər həyata keçirməlidir? >> Fövqəladə Hallar Nazirliyi zərurət yarandığı halda insanların zəruri tibbi, qida və digər vasitələrlə təmin olunmasını, ehtiyac yaranarsa, xilas olunmasını həyata keçirə bilər. bu iqtidardadır.
>> Biri başlayarkən digəri bitəcəkmi? İranı vurmağa hazırlaşan Tramp Rusiya ilə Ukrayna arasında yaxşı inkişaf var deyir. >> Ağevin informasiya siyasəti özlüyündə real vəziyyəti əhəmiyyətli dərəcədə bəzəməkdən ibarətdir.
>> Ukrayna prezidenti Vodimir Zelenski ərazi məsələsinin həlli üçün Vladimir Putinə görüş təklif edir. >> Bunlar aradan qaldırılan kimi əməliyyat başa çata bilər. Hələlik biz buna yaxınlaşmırıq.
Onu heç nə dayandıra bilmir. Tarixinin ən bahalı dövrünü yaşayan qızılın dəyəri nə üçün pik həddə qalxdı, ardından isə düşdü. >> Düşünürəm ki, qızılın müəyyən 6 min dollara qədər qalxma ehtimalı hələ də mövcud.
>> Qızılın bahalaşması zərgərlik mağazalarında qələbəlik yaratdı. >> Çünki bilirlər ki, bundan sonra daha çox artacaq. Ona görə indi qızıl satışlarımız daha çoxdur.
>> Olduqca gərgin, olduqca həyəcanlı prosesləri təhlil etmək üçün Nigar Sabir qızı ilə İTV xəbər yekun başlayır. Qiyamət saatı simvolik olaraq bəşəriyyətin sona nə qədər yaxınlaşdığını göstərir. Bu saat real yox, qlobal nüvə fəlakətinin simvolu olan gecə yarısına işarə edən mexanizmdir.
Bu həftə əqrəbləri dörd saniyə irəli çəkildi. Əqrəblər indi 23,58,35-i göstərir. Nüvə gecə yarısında 85 saniyə qalır.
Bu 1947-ci ildən bəri ən həyəcanverici göstəricidir. Bəşəriyyət qlobal fəlakətə bir qədər də yaxındır. Nüvə silahları və yox edici texnologiyaların yaratdığı risk getdikcə artır.
Bu riskin real ünvanlarından biri İran vuracaq, vurmayacaq. Bu iki söz bəlkə də heç vaxt bu həftə olduğu qədər təkrarlanmamışdı. Dəqiq əməliyyatdan regional müharibəyə qədər.
Amerika Birləşmiş Ştatlılarının İrana zərbə ssenariləridir. Zərbələrin potensial hədəfləri proqnozlaşdırılsa da, nəticələri proqnozlaşdırmaq mümkün deyil. Tramp İranı vuracağını hələ həftələr öncə bu ölkədə etiraz aksiyaları başlayanda demişdi.
Dəfələrlə İran rəsmilərinə etirazçıları öldürməmək barədə xəbərdarlıq etmişdi. İxtişa ən qızğın vaxtında iranlılara kömək yoldadır deyərək ürəkdirək də vermişdi. Etirazçılar da ən çox Trampdan kömək gözləyirdilər.
Lakin Amerika prezidenti onları məyus etdi. Beləliklə, İran etiraz hərəkatı ilə niyyətini hələ də müəyyənləşdirməyən Tramp arasında qaldı. Birləşmiş Ştatlar Tehrana şans verdi.
İran sularına yaxın əraziyə təyyarə daşıyan gəmin yerləşdirilməsi ilə geniş qarşıdurma ehtimalı gücləndi. Bu vəziyyət təkcə Tehranda yox, həm də onsuz da qeyri-sabit olan bölgədə narahatlıq doğurur. Vaşinqton Tehrandan tələbləri olduqca sərtdir.
Nüvə proqramından tamamilə imtina, balistik raket ehtiyyatlarının məhdudlaşdırılması, Tehranın silahlı qruplaşmalara dəstək kəsməsi, İran danışıqlara hazır olduğunu deyir. Lakin Amerikanın şərtlərinin olduğu kimi qəbul edilməsi İslam Respublikası ideologiyasının çöküşü mənasına gəlir. Bəs İran bir ayda ikinci fırtınadan qorunmağa qadirdirmi?
Bu ölkə bir neçə həftə əvvəl 1979-cu ildə İslam Respublikasının qurulmasından bəri ən ciddi daxili böhranlardan birini yaşayıb. Etirazlar güc yolu ilə yatırılsa da, problemlər hələ də həll olunmayıb. Yəni hazırkiı İran ötən ilki və ya ondan əvvəlki İrana bənzəmir.
Belə vəziyyətdə Birləşmiş Ştatların İrana potensial hücumunun miqyası maraq doğrur. İrana gözlənilən zərbə İranın qonşularını, xüsusilə Amerika Birləşmiş Ştatları bazalarının yerləşdiyi körfəz ölkələrini ciddi narahat edir. Hücum olacağı halda Tehranın Birləşmiş Ştatlara cavabı ilə münaqişə Amerika Birləşmiş Ştatları İran xəttindən kənara yayıla bilər.
Dünyanı həyəcanda saxlayan Birləşmiş Ştatlar və İran özləri isə hamıdan arxayın görünür. Çoxlarına görə həm Trampın, həm də İranın hələ ki səbrli davranmalarının səbəbləri var. Tramp bilir ki, İran ötən yay baş verən 12 günlük müharibədən sonra hərbi cəhətdən zəifləyib.
Tehran isə fərqindədir ki, Tramp açıq münaqişəyə o qədər də maraq göstərmir. Amma təhlilçilər hesab edir ki, İrana zərbə mütləq olacaq. Bu sadəcə zaman məsələsidir.
Maraqlı məqamlardan biri isə odur ki, Amerika Birləşmiş Ştatlarının müttəfiqi, İranın düşməni İsraildən son vəziyyətlə bağlı çox açıqlama gəlmir. Təhlilçilərə görə, bu susqunluğun arxasında bir strategiya var. İsrail rəhbərliyi hesab edir ki, bu dəfə liderlik amerikalılarda olmalıdır, çünki onlar daha güclüdür.
Hazırda hər iki tərəf, həm Amerika Birləşmiş Ştatları, həm də İran güclü təzyiq altındadır. Uçurumun kənarında gedən oyunun ən təhlükəli anı yaxınlaşacaqmı? >> ABC İranı vuracaqmı?
Bukmekerlər bu həftə də bu suala doğru cavab uğrunda yarışırdılar. Dünya həyəcan içində yeni savaşı gözləyərkən onlar milyonlar qazanmaq şansının həyəcanını yaşayırdılar. Vuracaq deyənlər yanıldı.
Günlərdir Tehranı ədələyən Donald Trump bu həftə də İranı vurmaq əmri vermədi. Halbuki turist sosial şəbəkəsində İran üçün vaxt bitir yazmışdı. Bundan sonra Qərb mediası ABŞ-nin 48 saat ərzində İrana zərbə endirə biləcəyindən yazdı.
Ağev rəhbəri isə Tehrana yenə şans verdi. Nüvvə proqramından imtina et və balistik raket proqramını məhdudlaşdır. Biz indi İrana daha çox sayda gəmi göndəririk və ümid edirik ki, razılaşma əldə edəcəyik.
Əgər razılaşma əldə etsək, bu yaxşıdır. Əgər razılaşma əldə etməsək, nə olacağını görəcəyik. Həftə boyu bir-birindən çox da fərqlənməyən sensenilər səsləndi.
İddia olunurdu ki, Donald Tramp İrana məhdud zərbələrdən tutmuş geniş miqyaslı hücuma qədər bir neçə variantını nəzərdən keçirir. Bu hücumlar nüvə obyektlərinə, hərbi və hökümət infrastrukturuna, eləcə də rəsmi şəxslərə endirilə bilər. Hücumlarda ABŞ-nin əsas məqsədi İranın nüvə və raket obyektlərinə daha çox vurmaqdır.
Lakin bəzi mənbələrə görə, Tramp İranda etirazların yenidən başlaması və rejim dəyişikliyi üzərində də düşünür. Amerika İranda böyük ehtimalla Venesuela modelini gerçəkləşmək istəyir. Yəni söhbət hansısa liderin oğurlanmasından getmir.
Amma baxın Venesuelada nə baş verdi? Maduranı oğurladılar. Rejimi dəyişmədi Amerika.
bu rejimlə, Venezueladakı rejimlə, Maduron qurduğu rejimlə əməkdaşlığa davam edir və həmin rejim Amerikanın tələblərini artıq yerinə yetirir. Venezuelanın nefti də Amerikanı nəzarəti alır. Eyni hissələri böyük ehtimal Amerika İranda da gerçəkləşdirmək.
Hazırda ABŞ dəniz və hava qüvvələri regionda cəmləşib. Bu isə zərbələrin yaxın gündə baş verəcəyi ehtimallarını artırır. Ancaq ABŞ burda çoxdan növbə salıb.
Yaxın şərqdəki bir neçə ərəb ölkəsində hərbi bazası mövcuddur. Tehran daha əvvəl üzləşdiyi hücumların acığını həmin bazalardan çıxmağa çalışmışdı. Hazırda isə İran dialoqa hazır olduğunu göstərir, amma hücum halında sərt cavab verə biləcəyi barədə xəbərdarlıq edir.
>> Mənə elə gəlir ki, ən çox İranın gücü çatacağı İsrail raketinə zərbəsi endirmək ol. Amma bu İranın vəziyyətində daha da ağırlaşacaq. Çünki İsrailə Amerikanın zərbələrinin qarşılığında İsrail raket zərbəsi endirirsə, İsrail də Amerikaya qoşulub İran qarşı müharibəni genişləndirir.
Bu İranın vəziyyəti daha da çətinləşdir. Hesab edirəm ki, İranın əlində o qədər güc yoxdur ki, Amerikaya belə deyək də ciddi zərbələr endirsin. Ərəb körfəzindəki hərbi bazalara zərbələr endirsə, bu İranın ərəb körfəzi ölkələri ilə də münasibətlərini gərginləşdirəcək.
Amerikanın tutaq ki, təyyarə daşıyan gəmilərinlə necə zərbələr edir? Yəni zərbələr endirsə müharibə daha da genişləndirəcək və bu İranın vəziyyətini daha da ağırlaşdıracaq. Regionun digər ölkəsi Türkiyə isə ABŞ ilə İran arasında vasitəçidir.
Ankara İrana hücumu yanlış addım kimi qiymətləndirir və tərəfləri dialoqa çağırır. Bu prezident Rəcəb Tayyib Ərdoğanın İran prezidenti Məzud Peşkanla telefon danışığında da əsas müzakirə mövzusu idi. Amma Türkiyə və hansısa ərəb dövlətlərin istəyindən asılı olmay əgər Amerika İrana zərbə vuracaqsa, artıq hamı bütün qonşu dövlətlər müxtəlif ssenarə hazır olmalıdır.
Türkiyə də məncə buna hazırlaşır. Türkiyədə bunu hazırlaşır və gələn xəbərlərə görə əgər İrana qarşı müharibə olarsa, humanitar böhranla üzləşərsə, Türkiyə İran ərazisində bir humanitar bir bölgə yaratmasıdır ki, qaçqınlar Türkiyəyə keçmədən orda qarşılaya bilsin. >> İranın xarici işlər naziri Abbas Ələqçi isə bu həftə Türkiyədə idi.
>> Abbas Ələqçi İranın şərtlərini elə Türkiyə mediasına açıqladı. bildirdi ki, əgər dinc nüvə proqramına əsaslanan yeni razılaşmaya nail olunsa, sanksiyalar götürülsə, Vaşinqtonla əməkdaşlıq yarana bilər. ABŞ-nin hücum təhdidi qarşısında Tehran təkcə diplomatiya ilə kifayətlənmədi.
Hərbi gücünü də göstərdi. Qitələrarası balistik raketinin sınağını keçirdi. Pilotsuz təyyarə arsenalını genişləndirdi.
ir müqavimət potensialı onların bəyan elədiyi formada özünü göstərəcəksə və doğurdan da İran hər zaman bəyan elədiyi kimi x günlü hazırlaşıbsa və burada onların hərbi müqaviməti böyük həcmdə özünü göstərəcəksə, mən düşünürəm ki, İran müəyyən qədər mərkəzi hakimiyyətini qoruyar və danışıqlar masasına otura bilər və bu zaman ABŞ da artıq danışıqlar masasına otura bilər və İranın müəyyən şərtləri də masada müzakirə oluna bilər. Yox, İran bu müqaviməti göstərməsə, çox güman ki, Amerika Birləşmiş Ştatları hərbi təzyiqlə müvafiq siyasi dəyişiklərə nail olacaq. Müvafiq ABŞ-ın şərtlərini müzakirə eledyəcək şəxslərlə imzalamağa çalışacaq və buna nail olacaq.
>> Hazırda ən təhlükəli senarya regionun xasa sürüklənəcək qorxusudur. >> Amerikalılar bilməlidirlər ki, əgər müharibəyə başlasalar, bu dəfə regional müharibə olacaq. Bu ehtimal ən çox İranın qonşularını narahat edir.
Doğurdan da müharibə sərhədləri aşa bilər. Böyük yaxın şərq müharibəsi görə bilər. Lakin İranda vətəndaş müharibəsi başlaya bilər.
Uzun müddətli destabilizasiya ola bilər və bu regionu uzun müddət gərginlikdə saxlaya bilər. Lakin Amerika Birləşmiş Ştatlarının indiki imkanı çatır ki, müharibəni ABŞ, İsrail və İran üçbucağında saxlasın, lokal səviyyədə saxlasın. Region ölkələrindən isə ABŞ-ın biradəsinə qarşı çıxacaq.
onun bu senarisini dəyişə biləcək gücə malik ölkə yoxdur. Həmçinin İran üçün bu qədər aktiv müqavimət göstərən ölkə olmayacaq. >> Üç ssenariya ola bilər.
Ya bu zərbələrin sonucunda etirazlar olacaq. İranda rejim dəyişəcək, prezidentin səlahiyyətləri artacaq, konstitusiya dəyişiklikləri baş verəcək. İkinci ssenari, rejim müəyyən mələdə yumşalacaq, transformasiya olacaq və Amerika ilə danışıqlara maraq göstərəcək, Amerikanın şərtlərini yetdirəcək.
Üçüncü ssenari daha dəhşətli ola bilər. İrandan mərkəzdən qaçma meyilləri ola bilər. İran dağıla və parçalana bilər.
Görünən odur ki, region barış çəlləyi üzərindədir. Tramp hələ ki hərbi güc tətbiqi ilə bağlı yekun qərar verməyib və hələ də diplomatik həll ehtimalını qoruyub saxlayır. Yəni bookmakerlərin bəhsə girdiyi sualın cavabı hələ də qeyri-müəyyəndir.
Mərc oyununda yalnız pullar itirilirsə, siyasi oyunda bütün dünya itirə bilər. Dünyanın ən problemli bölgəsində sabitlik adası. Amerika Birləşmiş Ştatlarının 39-cu prezidenti Cimmy Carter İran şahı Rıza Phləvi ilə görüşdə İranı belə adlandırmışdı.
Bu sözlərdən 25 il sonra isə İran Amerika Birləşmiş Ştatları üçün artıq şər oxu idi. Hazırkiı gərginliyə baxanda Birləşmiş Ştatlar və İranın nə vaxtsa dost və müttəfiq olduqlarına inanmaq çətindir. Onları bir-birinə yaxınlaşdıran da, uzaqlaşdıran da bir səbəb olub.
İranın nefti, Şahın devrilməsi, İslam Respublikasının qurulması ilə Tehran, Amerika Birləşmiş Ştatları və İsraili düşmən elan etdi. 1979-cu ilin noyabrında Tehranda Amerika səfirliyinə hücumdan sonra iki ölkə zaman-zaman qarşıdurma və silahlı münaqişəyə girdi. O vaxtdan bəri bir-birlərini əsas təhdid və düşmən hesab edirlər.
Amerika Birləşmiş Ştatları İranda təkcə imperialist güc yox, həm də islam inqilabının düşməni kimi qəbul edilir. Amerika Birləşmiş Ştatları isə terrorizmin dövlət sponsoru adlandırdığı İranı Amerikanın milli maraqlarına təhdid kimi görür. Bir neçə gün sonra İran islam inqilabının 47-ci il dönümü tamam olur.
Amerika Birləşmiş Ştatları bu rejimin çökməsini çox arzulayır. Bəzilərinə görə bu nə vaxtsa baş verəcək, bəzilərinə görə isə bunu arzulamaq sadəcə xülyadır. Növbəti sjetimizdə dünəndən bu günə Amerika Birləşmiş Ştatları İran münasibətlərinə nəzər salırıq.
Bir zamanların dostları necə və niyə düşmən oldu? >> Amerika Birləşmiş Ştatları və İran dünyanı gərginlikdə saxlayan iki düşmən ölkə. Amma bu münasibətlər həmişə belə olmayıb.
خودشون onlar bir vaxtlar müttəfiq idilər. İran şahı Vaşinqtona səfərlər eləyir, görüşlər keçirirdi. Bəs keçmiş dostlar necə zəri düşmənə çevrildi?
Hər şeyə səbəb qaraqızıl oldu. 20-ci əsrin əvvəllərində İranda neft yataqları aşkarlandı. İlk vaxtlar İran neftinə Britaniya şirkəti nəzarət eləyirdi.
DRC belə bir biznesmen var idi. O aldı konsesiyanı aldı və ondan sonra o satdı konsesiyası British Petroleuma satdı. Britiş istismar elədi.
>> Britaniyanın İran neftinə nəzarəti bir müddət sonra iranlıları narahat etməyə başladı. Onlar neftin milliləşdirilməsini istəyirdilər. Bu tələbi ilk dəstəkləyən Məhəmməd Müsəddiq hakimiyyətə gələrək baş nazir olur.
O, 1951-ci ildə İran neftini milliləşdirir. Lakin bu cəsarət müsəddiqə baha baş başa gəlir. 1953-cü ildə müstəddiq Birləşmiş Ştatlar və Britaniyanın gizli əməliyyatı ilə devrilir.
Bu qərbyönümüllü şah Məhəmməd Rıza Pəhləvinin hakimiyyətini möhkəmləndirir. Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə 26 il ərzində hakimiyyətdə qalan Rıza Pəhləvi ölkədə islahatlar aparır. Bunlar iqtisadiyyatı gücləndirir.
Amma bu vəziyyətdən hər kəs bərabər yararlana bilmir. Şahın göstərişli həyat tərzi, qərbönümlü siyasəti İranda etirazlara səbəb olur. 1979-cu ildə baş verən İslam inqilabı ilə İranda şah hakimiyyəti devrilir.
Həmin il 15 illik sürgündən sonra hakimiyyətə Ayətullah Ruhulla Xomeyni gəlir. O, İran İslam Respublikasını qurur. >> Elə həmin il Birləşmiş Ştatların İrana qarşı siyasətinə görə qəzəbli iranlı tələbələr Tehrandakı Amerika Birləşmiş Ştatları səfirliyinə hücum eləyirlər.
onlarla amerikalı bir il ərzində girov saxlanılır. Beləliklə, 1979-cu il iki ölkə arasında diplomatik əlaqələr qırılır və düşmənçiliyə keçid il olur. >> Xüsusən də ABŞ səfirliyinə Tehranda olan hücumlar, onun ələ keçirilməsi, girovların götürülməsi, ABŞ-ın daxili siyasətində bu məsələlərin öz əksini çox ciddi formada tapması faktiki olaraq bu münasibətləri düşmənçilik mərhələsinə qaldırdı.
Tehranda Amerika Birləşmiş Ştatları səfirliyinə hücuma cavab olaraq Vaşinqton İranla ticarət əlaqələrini dayandırır. 1988-ci ildə isə İraq- İran müharibəsi zamanı İraqa dəstək verən Birləşmiş Ştatlar İrana məxsus mülki təyyarəni vurur. 290 nəfər ölür.
Amerika Birləşmiş Ştatlarının ən yaxın müttəfiqi İsrail də İran üçün düşmən idi. Vaşinqtonu böyük şeytan adlandıran Tehran, İsrail isə qanunsuz sionist rejimi elan eləyir. >> İranın baxışına görə ABŞ İsrail alyansı Yaxın Şərqdə İranın demək layiq olduğu nöqtəni almağa mane olur və bunun üçün də artıq müəyyən bir o İran xarici siyasətinə meydana çıxan yeni manevr imkanları da istər-istəməz İsrail və ABŞla toqquşmaya gətirib çıxartdı.
Xüsusən də bu kontekstdə Vaşinqton və Telviv, İsrail və ABŞ bu və ya digər formada İranın ritorikasına dözərdilər. Əgər İran nüvə silahı əldə etməyə çalışmasaydı, >> İran bütün təzyiqlərə baxmayaraq bir qədər də irəli gedir. Nüvə proqramı üzərində işləməyə başlayır.
Tehran nüvə proqramının dinc məqsədli olduğunu desə də, qərb buna inanmır. >> İran bu silahları aqresiv şəkildə təqib edir və terrora yol açır. Nüvvə proqramı səbəbi ilə İranın Birləşmiş Ştatlarla münasibətləri daha da gərginləşir.
Amerika Birləşmiş Ştatları İrana sanksiyalar tətbiq eləyir. Yalnız 2015-ci ildə Amerika Birləşmiş Ştatlarında Barack Obamanın hakimiyyəti dövründə İranla razılığa gəlinir. Tərəflər arasında nüvə proqramının məhdudlaşdırılmasına dair saziş imzalanır.
Vaşinqton Tehrana qarşı sanksiyaları yumşaldır. Lakin 2017-ci ildə Amerika Birləşmiş Ştatlarında Donald Trampın hakimiyyətə gəlişi ilə münasibətlər yenidən gərginləşir. Vaşinqton İrana yenidən sanksiyalar tətbiq eləyir.
Bu istiqamətdə İran iqtisadiyyatı hədəfə alınır. İranın neft ixracını kəskinə azaltmaq istiqamətində fəaliyyət göstərilir. Bir demək prezident Trampın birinci prezidentliyi dövründə İranın məşhur generallarından olan Qasım Süleymanın öldürülməsi ilk ölkənin birbaşa hərbi toqquşmasına ən yaxın olduğu nöqtələrdən biri idi.
Və belə olan halda Tramp administrasiyasının İranın regional fəaliyyətini təhlükə kimi görməsi, bunu təhlükə kimi təqdim etməsi bu kifayət qədər ciddi gərginliyə gətirib çıxartdı. >> Trampın ikinci prezidentliyi dövründə Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İrana təzyiqlər daha da artır. Ötən il İsrailin İrana hücumlarından və Birləşmiş Ştatların zərbələrindən sonra İran nüvə danışıqlarına oturdu.
Lakin tərəflər heç bir nəticə əldə eledyə bilmədi. Birləşmiş Millətlər Təşkilatı 2015-ci ildə İrana qarşı yumşaldılan sanksiyaları yenidən bərpa etdi. >> Onlar ehtiyyat eləyirlər və İrandan tələb eləyirlər ki, nüvə proqramı bağlansın.
Raket proqramı, yəni böyük məsafəyə raketlər düzəldirlər. Bu deyir yox o məsafəyə təhdiddir bizim üçün. Onu düzəltmək olmaz.
Və əsas proksi, yəni müqavimət sütunu deyirlər ona. Yəni Suriyada, İraqda, Livanda, müxtəlif ölkələrdə, Yəməndə, İran tərəfindən təmin olunmuş müxtəlif hərbi qüvvələr öz fəaliyyətini, öz mübarizəni aparırlar və ona görə də bunlar da narahatdırlar. >> Bərpa edilən sanksiyalar İranda iqtisadi vəziyyəti ağırlaşdırdı.
Ərzaq qiymətləri artdı. milli valyuta dəyərini itirdi. Sanksiyalar və iqtisadi çöküş İranda daxili etirazlara lovlandırdı.
Tramp isə nümayişçilərə açıq dəstək verərək Tehranı həd elədi. Beləliklə, hazırda Amerika Birləşmiş Ştatları ilə İran arasında düşmənçilik 1979-cu ildən bəri ən yüksək həddə çatıb. Biri başlayarkən digəri bitəcəkmi?
İranı vurmağa hazırlaşan Tramp Rusiya ilə Ukrayna arasında yaxşı inkişaf var deyir. >> Ağevin informasiya siyasəti özlüyündə real vəziyyəti əhəmiyyətli dərəcədə bəzəməkdən ibarətdir. >> Ukrayna prezidenti Vodimir Zelenski ərazi məsələsinin həlli üçün Vladimir Putinə görüş təklif edir.
>> Bunlar aradan qaldırılan kimi əməliyyat başa çata bilər. Hələlik biz buna yaxınlaşmırıq. onu heç nə dayandıra bilmir.
Tarixinin ən bahalı dövrünü yaşayan qızılın dəyəri nə üçün pik həddə qalxdı, ardından isə düşdü. >> Düşünürəm ki, qızılın müəyyən 6 min dollara qədər qalxma ehtimalı hələ də mövcud. >> Qızılın bahalaşması zərgərlik mağazalarında qələbəlik yaratdı.
>> Çünki bilirlər ki, bundan sonra daha çox artacaq. Ona görə indi qızıl satışlarımız daha çoxdur. >> Amerika Birləşmiş Ştatları İran gərginliyi ən çox İranın qonşularını narahat edir.
Heç kim sərhədində xaos baş verməsini istəmir. Azərbaycan İranın digər qonşularından daha çətin vəziyyətdədir. Çünki bizim bir yox, iki qonşumuz müharibə şəraitindədir.
Rusiya dörd ildir Ukraynanı işğal etmək üçün savaşır. İran isə son illər ildə ən az bir dəfə İsrail və ya Birləşmiş Ştatlarla üz-üzə gəlir. İran ətrafında baş verənlərdən Bakı da narahatdır.
Prezident İlham Əliyev ötən gün İran prezidenti məsud Pezeşqiyana zəng edərək bu narahatlığını dilə gətirdi. Dövlət başçısı Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhbə verməyə hazır olduğunu bildirdi. Qeyd edildi ki, ölkəmiz bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarıdır.
Prezidentlərin telefon söhbətindən əvvəl iki ölkənin xarici işlər nazirlərinin də telefon danışığı olmuşdu. Bəlidir ki, Azərbaycanın İranın siyasi rəhbərliyi ilə münasibətləri yüksək səviyyədədir. Lakin bunu dini rəhbərlik haqqında demək olmaz.
İranda mühafizəkarlar Azərbaycanı İsraillə dostluğuna görə qınayyırdılar. İddia edirdilər ki, İranı vuran İsrail dronları Azərbaycan səmasından keçib. ötənin iyununda Tehrandan belə cəfəng ittihamlar səslənmişdi.
Bakı dəfələrlə deyib ki, Azərbaycan öz ərazisindən heç bir ölkəyə qarşı istifadəyə icazə verməyəcək. Bu qərarlılıq Azərbaycan və İran xarici işlər nazirlərinin telefon danışığında bir daha təkrarlandı. Ceyhun Bayramov Abbas Əraqçini əmin etdi ki, ərazimizdən İrana qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə imkan verilməyəcək.
Elə həmin gün prezidentin köməkçisi Hikmət Hacıyev açıqladı ki, Bakı vəziyyətdən narahatdır, amma bu məsələ Vaşinqtonla müzakirə edilməyib. Bütün bu deyilənlərdən yəqin ki, bunu anlamaq olar. Amerika Birləşmiş Ştatları Azərbaycan ərazisindən istifadə ilə bağlı Bakıya müraciət etməyib, çünki yox cavabını alacağını bilir.
İran həm də milyonlarla azərbaycanlının yaşadığı ölkədir. Bu ölkədə müharibə güneyli soydaşlarımızın da həyatını təhlükəyə ata bilər. Digər tərəfdən müharibə sərhədlərdə minlərlə qaçqın axını deməkdir.
Bu da o anlama gəlir ki, ölkəmiz istənilən ssenariya hazır olmalıdır. Bəs Bakı, Amerika Birləşmiş Ştatları İran müharibəsi ehtimalına qarşı hansı işlər həyata keçirməlidir? >> Şimalda Rusiya, cənubda İran, biri Ukrayna ilə müharibədir.
digəri ABŞ ilə savaş ərəfəsindədir. Azərbaycan iki od arasında təhlükənin düz mərkəzində qalıb. Vaşinqtonun Tehrana mümkün zərbə ehtimalı Azərbaycanda da narahatlıq yaradır.
Ötən gün İranlı həmkarına zəng edən prezident İlham Əliyev bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə etdi. Prezidentin köməkçisi Hikmət Hacıyev isə The National nəşrinə müsahibəsində dedi ki, >> vəziyyət gözlənilməzdi və yarana biləcək bütün təhdidləri dəqiq qiymətləndirmək çətin olacaq. Biz bu məsələni Amerika Birləşmiş Ştatları ilə müzakirə etmirik və onlar da heç vaxt belə bir mövzunu müzakirə etmək üçün bizimlə əlaqə saxlamayıblar.
Hikmət Hacıyev həmçinin bildirib ki, İrandakı təhlükəsizlik vəziyyəti Azərbaycan tərəfinin dərhal müdaxiləsinə ehtiyac yaratmır. Çünki rəsmi Bakı həmişə digər ölkələrin daxili işlərinə qarışmaqdan kənardır. >> İranda baş verən və İran ətrafında baş verən hadisələr təhdidvari, riskli hadisələrdir.
Mümkün müharibənin psixoloji və informasiya müharibəsi mərhələsindədir. Azərbaycanın son 100 ildə, son 200 ildə təqribən siyasi keçmiş etibarilə aid olduğu postsovet məkanında isə Rusiya hüquqların arasında müharibə, birbaşa müharibə vəziyyətindədir. Belə olan halda əlbəttə ki, hər nə qədər bu iki böyük coğrafi arasında kiçik region olaraq Cənubi Qafqazda nisbi sabitlik olsa da, bu cür qeyri-müəyyənlik və müharibə vəziyyəti əlbəttə ki, regional südü də təhlis etmiş olur.
>> İranda baş verə biləcək müharibə Azərbaycan üçün ciddi problemlər yarada bilər. İran Azərbaycanla qonşudur. İki ölkə arasında dövlət sərhədinin ümumi uzunluğu təxminən 689 kometdir.
Bu səbəbdən İranda baş verən hər hansı gərginlik Azərbaycan üçün də arzu olunmazdı. Azərbaycan da daxil olmaqla hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə bizdə ölkə daxilində potensial risklər mövcud deyil.
Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq.
Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. >> Silahlar işə düşərsə, miqrant dalğası qaçılmaz olacaq. Miqrantların üz tutacağı ölkələr sırasında Azərbaycan və Türkiyə də var.
Artıq rəsmi Ankara İrandan əsən müharibə küləyinə qarşı hazırlıq işləri görür. Ölkənin müdafiə nazirliyi İranla sərhəddə bufer zona yaratmağa başlayıb. Məqsəd mümkün qaçqın axının Türkiyə daxilinə buraxılmaması, bufer zonada nəzarətdə saxlanılmasıdır.
Türkiyə sınırın İran tarafında tampon bir bölge oluşdurmaya çalışır. Bu tampon bölge nə? İnsani yardım, tıbbi yardım.
Özəlliklə Türkiyeə doğru gələn mülteci akınına karşı İran vatandaşların, insanların insani yardım görə bilməsi üçün bir tampon bölgə oluşdurur. >> Azərbaycanın quru sərhədləri bağlıdır. Bu səbəbdən gözləniləndir ki, iranlılar mümkün savaş zamanı Azərbaycana bir o qədər də üz tutmasınlar.
Lakin ekspertlərin fikrincə, Bakı ən pissenariya hazır olmalı, sərhəddə lazımi işləri görməlidir. >> Düşünürəm ki, Azərbaycan da hazırlıq işləri görməlidir. Yəni bu baxımdan ki, çatırlar hazır olmalıdır, generatorlar hazır olmalıdır, suyu təmizləyən qurğular hazır olmalıdır, qida yəni təcrii çatdırmaq üçün hazır olmalıdır ki, Azərbaycan sərhədinə bitişik, İranın azərbaycanlılar yaşayan oslanları, yəni Şərqi Azərbaycan Təbriz paytaxtı ilə Ərdəbildə o aslanların rəhbərlərinə lazımı köməklik etməklə ki, o qaçqları İranın öz ərazisində yerləşdirmək və onları necə deyirlər yola vermək üçün.
Ancaq bunun üçün təbii hazırlıq işləri görülməlidir. >> Mütəxəssislər hesab edir ki, İrandan qaçqın baş verərsə və hər hansı humanitar böhran yaşanarsa, Azərbaycanın müvafiq qurumlarının üzərinə böyük məsuliyyət düşür. Fövqəladə Hallar Nazirliyi zəruriyyət yarandığı halda insanların zəruri tibbi, qida və digər vasitələrlə təmin olunmasını, ehtiyac yaransa xilas olunmasını həyata keçirə bilər və bu iqtidardadır.
O cümlədən Dövlət Sərhəd Xidməti dövlət sərhədlərinin etibarlı mühafizəsi və müdafiəsi əzmindədir. Bunu deməyə o əsas verir ki, Dövlət Sərhəd Xidməti son illərdə xüsusi texniki və texnoloji avadanlıqlarla təmin olunub, şəxsi heyət tam komplektləşdirilib və qarşıya qoyulmuş tapşırıqları tam olaraq yerinə yetirmək əzmindədir. >> Amma miqrant axının görünməyən tərəfi daha qorxuludur.
İnsan kütlələrinin arasına sızan cinayətkar qruplar Azərbaycanın milli təhlükəsizliyi üçün ciddi təhdid təşkil edə bilərlər. Azərbaycan hökuməti olaraq Milli Təhlükəsizlik amilini rasional olaraq ön plana çıxarmalıyıq. Çünki qaçqın axını təkcə köməyə ehtiyacı olan insan kütləsi deyil, həmçinin tərkibində müxtəlif cinayətkar qruplar olan, terrorçular olan potensial təhlükə axınıdır.
Bunlar nəzərə alınmalıdır mütləq surətdə. İrana hərbi müdaxilə olacağı təqdirdə yarana biləcək daha bir təhlükə nüvə obyektləri və kommunikasiyalarla bağlıdır. Nüvə obyektləri və o materiallar hamısı yerin altında çox dərinlikdədir.
Yəni o zərbələr bilavasitə o hansısa bir nüvə zəhərlənməyə gətirib çıxartmamalıdır. Ancaq hər bir halda müharibə genişlənsə təbii o problemlərdir. Bizim bütün kommunikasiyaların deyir 30%izi Körfəzdən İran vasitəsiə həyata keçirilir.
Bunlar hamısı pozulandan sonra biz düşünməliyik ki, hardan lazım olan malları Azərbaycana gətirmək üçün. İnsanlar İran ərazisindən keçərək Naxçıvanla əlaqə bu vaxta kimi saxlayırdılar. Onları da düşünməlidirik.
Yəni bir çox məsələlər var. Azərbaycan hazırda cənubdan gələ biləcək təhdidlərlə üz-üzədir. Lakin bütün sınaqlardan da üzü ağ çıxmağa qadirdir.
Azərbaycan həm mümkün silahla edilə biləcək müdaxilə və yaxud təsadüfi təhdidlərə qarşı hazırlıqlıdır. İkincisi, həm Azərbaycan və Azərbaycan xalqı bütövlükdə əlbəttə ki, mümkün İrandan Azərbaycana keçici olaraq gəlməyi düşünən soydaşlarımızı canı könönüldən qəbul eləməyə hazırlıqlıdır və İranda baş verən hadisələrdən sonra yeni hər hansı bir reallıq yaranarsa onu da qəbul etməyə hazırdır. >> Hər bir halda müharibə dəhşət və ölümdür.
ən dəhşətlisi onu yaşamaqdır. Milyonların həyatını alt-üst edən o dəhşətə bütün ölkələrin hazırlığı vacibdir. Amerika Birləşmiş Ştatları İran gərginliyi bu gün cəmiyyətdə də əsas müzakirə mövzusudur.
Heç kim müharibə tərəfdarı olmasa da, İrana zərbələri zəruri hesab edənlər də var. Bu zərbələr olmamalıdır deyənlər də. Biz də Bakı sakinlərinin fikirlərini öyrənməyə çalışdıq.
Sizcə, Birləşmiş Ştatlar İran gərginliyi nə ilə bitəcək? >> Mənə elə gəlir ki, vuracaq. Çünki da bir elə aparıb gəmilərdir, təyyarələr, nə bilim şeylər yığıb ora sülah substratı.
Yəqin ki, bunu istifadə eləyəcək. >> Məncə düşünürəm ki, Amerika Birləşmiş Ştatları İrana vurmayacaq. Amerika süd masasına oturmaq fikrindədir.
Yəqin ki, vurmayacaq da. Belə çıxır. >> Gətirib də gəmilərini.
Onlar da eləbə gəmi deyil ki, milyardlarla qiyməti var. Benzinin elə nə qədər pul lazımdır? Ona gəlib də vurmalıdır.
Vursa da Amerikanın axırıdır. Bu da Amerikaya fatihə dünyanın canı rahatləşə. >> Düşünürsüz ki, əgər Birləşmiş Ştatlar İranı vursa, İran buna sərt cavab verəcək?
>> Öz də bilsə necə cavab verəcək? Vabşe onu yerlə yeksən eləcək. Belə gəlir ki, Amerika İranı vurmayacaq.
Ona görə vurmayacaq ki, İran Venezuala deyil ki, İran böyük dövlətdir. Qüvvətli dövlətdir. >> Məncə vuracaq, çünki onlar sülh masasına oturacağa oxşamırlar.
>> Məncə vuracaq. Ona görə ki, bu indinin söhbəti də deyil də. İllərlə belə bir söhbət gedib.
Yəqin ki, Trampdan nöqtəsini qoyacaq. >> Məncə İran mas arxasına oturacaq, Amerikaya qalib gələcək. Mənim fikrimcə xeyir.
Yəni siyasi mövzularda əsasən güclü dövlətlər hər zaman gücünü göstərməyə nümayiş elətdirmək istəyir. Buna görə də bəzi üsullardan və yaxud da sözlərdən istifadə edir. Amma məncə bu tam real olmaya bilər.
>> Məncə vurmayacaq, müharibə olmayacaq. Sülh masasına oturacaqlar. Bir xahişlə qüvvəyə minən müvəqqəti atəşkəs Donald Tramp istədiyi Putin geri çevirmədi.
Bu həftə Kiyevdə enerji atəşkəsi idi. Amerika prezidenti şaxtalı hava səbəbindən Putinə Kiyevə hücumları dayandırmasını xahiş etdi. Putin razılaşdı.
Son zamanlar Rusiyanın Ukraynanın enerji obyektlərinə kütləvi hücumları paytaxtın bütün rayonlarını istirsiz qoyub. Yaxın günlərdə temperaturun mənfi30 dərəcəyə qədər enəcəyi gözlənilir. Lakin heç kim ukraynalıların bu şaxtalardan necə çıxacağını təxmin etmir.
Enerji atəşkəsi Abdudabidə Rusiya-Ukrayna danışıqlarının ikinci raundan əvvələ təsadüf etdi. Lakin bu günə gözlənən danışıqlar gələn həftəyə keçirildi. Bu görüşdə əsas diqqət ərazi məsələsinə yönəldilməlidir.
Rusiya Ukrayna qoşunlarının Donbasın bütün ərazilərindən çıxarılmasında israrlıdır. Putin dəfələrlə deyib ki, Rusiya şərqi Ukraynanın qalan hissəsini hansı yolla olursa olsun alacaq. Ukrayna prezidenti Vadimir Zelenski isə hesab edir ki, ərazi məsələsi yalnız Vladimir Putinlə görüşdə həll edilə bilər.
Yəqin ki, heç Zelenski özü də bu görüşün tezliklə baş tutacağına inanmır. Sülh danışıqlarının son mərhələdə olub-olmadığı hələ heç kimə məlum deyil. Ukrayna və Rusiya arasında baş verən müsbət inkişafı izləyirik.
Hər iki tərəfdə çox yaxşı hadisələr baş verir. >> Donald Tramp Əbu Dabidə Amerika Birləşmiş Ştatları Rusiya-Ukrayna nümayəndələrinin üçtərəfli görüşünü belə dəyərləndirir. Tərəflər danışıqların davam etdiriləcəyini açıqlayırdı.
Amma deyilən sözləri bu dəfə də cəbhədə islahat səsləri kəsirdi. Kiyevlə danışıqlara oturan Moskva Xarkovda sərnişin qatarını vurur. Ukrayna torpaqlarına ağır zərbələr endirirdi.
Bu zərbələr fonunda qərb mətbuatı ötən həftə Əbuabidə keçirilən üçtərəfi danışıqların detallarından yazırdı. Görüşdə iştirak eledyən Birləşmiş Ştatlar Prezidentinin xüsusi nümayəndəsi Steve Utkov əhəmiyyətli irəliləyişlərdən danışırdı. >> Təhlükəsizlik və rifah sazişlərini artıq tamamlamaq üzrəyik.
Hesab edirəm ki, Ukrayna xalqı sülh müqaviləsinin tezliklə imzalanmasını böyük ümidlə gözləyir. Vaşinqtondan nikbin açıqlamalara baxmayaraq isə tərəflər arasında əsas düyünlər qalır. Razılaşmanın əldə olunmamasında Donbasın statusu və Zaporoj atom elektrik stansiyasının taleyi ən böyük maneədir.
Ağin informasiya siyasəti özlüyündə real vəziyyəti əhəmiyyətli dərəcədə bəzəməkdən ibarətdir. Burda diqqət yetirmək lazımdır ki, bütün iki tərəfli və ya üçtərəfli münasibətlərin yaxşılaşdırılmasının qarşısında duran əsas maneə məhz Rusiya tərəfidir. Rusiya tərəfi Ukrayna ərazisinə zərbələr endirməyə, Ukrayna xalqının soyqırımına, ölkənin arxa cəbhəsində sıravi vətəndaşlar üçün həyatı dözülməz edərək enerji sektorunu məhv etməyə davam edir.
Rusiyanın əsas şərti Ukrayna ordusunun Donbasdan tamamilə çıxmasıdır. Əbuabidədə də Masada əsasən bu məsələ var idi. Zelenskinin ötən həftə bu barədə danışmaması Donbas Rusiyaya veriləcəkmi sualını yaratmışdı.
Amma bu həftə Ukrayna prezidenti suveren torpaqlarından bir qarış belə güzəştə gedilməyəcəyini bir daha bəyan etdi. >> Ukrayna üçün ərazilərlə bağlı hər hansı bir güzəşt ola bilməz. Bizim üçün bu qırmızı xətdir.
Biz Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin işğalı və onların Rusiya ərazisi kimi tanınması ilə heç vaxt razılaşmayacağıq. Eləcə də nəzarət etdiyimiz ərazilərdən qoşunlarımızın çıxarılması ilə heç vaxt razılaşmayacağıq. Ukrayna Rusiyaya nəinki ərazi güzəştinə getmək istəmir, həm də Zaporojiya atom elektrik stansiyasından rus qoşunlarının çıxarılmasını tələb eləyir.
Birləşmiş Ştatlar isə çıxış yolu kimi atom elektrik stansiyasına Rusiyə birgə nəzarəti təklif eləyir. >> Rusiyanın Zaparoji atom elektrik stansiyasını kiməsə verməsi üçün heç bir səbəb yoxdur. Fərqi yoxdur bu ABŞ-dir, Ukraynadır, Maqatdir yoxsa Avropa İttifaqıdır.
Ukrayna nə istəsə arzulaya bilər. Krımı geri almağı, Zapor atom elektrik stansiyasını almağı, Donbasın kömür övzələrini almağı istəyə bilər. Bunlar boş arzulardır.
İstəmək olar, amma reallıqda bu olmayacaq. >> Görüşlərin pərdə arxası məqamları ilə bağlı iddialar da var. Financial Times nəşri yazır ki, Ağev Ukraynaya təhlükəsizlik zəmanətini yalnız Donesk bölgəsinin Rusiyaya verilməsi müqabilində təklif eləyib.
Hətta Kiyev Donbasdan geri çəkilərsə, müharibədən sonra isah təchizatının davam edəcəyi vəd olunub. Lakin Vaşinqton bu məlumatları təkzib etdi. İndi tərəflər danışıqların növbəti raundunu gözləyirlər.
Ancaq bu dəfə Massada Birləşmiş Ştatların nümayəndəsi Steve Utkov və Kuşner olmayacaq. Rusiyalı təhlilçilər bu görüşdən ümidli deyillər. >> Rusiya bir daha öz tələblərini təsdiqləyəcək.
Çətin ki, bu danışıqlardan sonra qarşı tərəf bizim mövqe ilə razılaşsın. Ona görə də danışıqlar baş tutdu və ondan sonra müqavilə imzalamağa doğru hərəkət etmək olar demək mümkün deyil. Bu baş verməyəcək.
>> Nümayəndələr görüşür, Ukrayna bombalanır. Liderlər isə bir-birini görüşə dəvət eləyir. Rusiya danışıqlar üçün Zelenskini Moskvaya, Ukrayna prezidenti rusiyalı həmkarını Kiyevə çağırır.
Analitiklərin fikrincə isə bu görüş yalnız üçüncü ölkədə ola bilər. >> Zelenski Putinlə neytral ərazidə görüşməyə hazırdır. Əlbəttə, belə bir neytral ərazi kimi, məsələn, Haqa kimi möhtəşəm bir şəhəri təklif etmək olar.
Lakin mən düşünürəm ki, Putin buna razı olmaz. Ona görə də digər variantlar nəzərdən keçiriləcək. Bu hətta Ankara ola bilər, bəlkə də Bakı ola bilər.
>> Beləliklə, dörd ilə yaxındır davam eləyən bu qanlı savaşı bitirmək üçün tərəflər güzəştə getməyə hələ də hazır deyil. hərə öz şərtində qalır. >> Ukraynada Rusiya Federasiyasına təhlükə yarada biləcək qoşunlar və silahlar olmamalıdır.
Ukraynanın blokdan kənar statusu, orda digər dövlətlərin silahlı qüvvələrinin olmaması, Rusiyanın dinc şəhərlərinə yönəlmiş raketlər, uzaqmənzilli bombalar və müasir Rusiyanın sakit həyatını pozacaq təhlükə olmamalıdır. Bunlar aradan qaldırılan kimi əməliyyat başa çata bilər. Hələlik biz buna yaxınlaşmırıq.
Rusiyanın müəyyən bir konsensusun və qarşılıqlı güzəştlərin tapılması üçün əsas mane olduğunu demək olar. Məsələn, Ukrayna üçün ərazilərlə bağlı hər hansı bir güzəşt ola bilməz. Biz Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin işğalı və onların Rusiya ərazisi kimi tanınması ilə heç vaxt razılaşmayacağıq.
Hələlik Kiyevdə enerji atəşkəsidir. Vladimir Putin Birləşmiş Ştatlar prezidenti Donald Trampın xahişi ilə Kiyevin enerji obyektlərinə hücumları fevralın birinədək dayandırıb. Bu ay təşkəsinin daimi sükuta çevrilməsinə dair isə hələlik heç bir şartı yoxdur.
>> Adları müşfiq qrupu özləri dahələrə bənzəyir. Klassikaya yeni nəfəs gətirən beş dostu siz də tanıyın. >> Uşaqlarla çəkdik birinci videomuz.
Heç ağlımıza gəlməlidir ki, viral olsun. Ukraynada müharibə, İran ətrafında gərginlik, Amerika Birləşmiş Ştatlarının Grenlandiya iddiaları, dolların ucuzlaşması, bu neqativlərdən karlı çıxan hələ ki yalnız odur. Qızıl bu həftə qiyməti tarixin rekordunu vurdu.
Unissiyası 5500 dollar ardından gözlənilmədən ucuzlaşdı. Qiymətlərin yüksəlməsinin səbəblərindən biri Trampın federal ehtiyat sisteminə onun tələblərini yerinə yetirəcək sədr təyin edəcəyi ilə bağlı narahatlıq idi. Ucuzlaşmaya isə səbəb digərləri ilə müqayisədə nisbətən təhlükəsiz namizəd hesab edilən Kevin Vorşun sədr ola biləcəyi xəbər oldu.
Amma ucuzlaşmaya baxmayaraq qızılın qiyməti ötü ilə müqayisədə hələ də çox yüksəkdir. Bu isə o deməkdir ki, qızıl təhlükəsiz sığınacaq axtaran investorlar üçün əvvəlkindən daha cəlb edicidir. Daşkəsən və Çovdar qızıl yatağı.
Qızıl torpağın dərin qatlarından və süxurlardan çıxarılır. Daha sonra xüsusi maşınlarda təmizlənir. Qızıl torpaqdan saf şəkildə yox, mineralların tərkib hissəsi kimi çıxarılır.
Bu onun emalını çətinləşdirir. Bu səbəbdən Azərbaycanda qızıl toplanaraq emal üçün yüksək texnologiyaya sahib ölkələrə, əsasən İsveçrəyə göndərilir. Azərbaycandakı qızılın konsentrat şəklində çıxması onun emalını çətinləşdirir və onun üçün ya Azərbaycanda əlavə emal zavodları tikilməlidir, ya da indiki kimi İsveçrə ilə danışıqlarımız hansı ki, uğurla gedir.
İsveçlə də emal olunub Azərbaycana qaytarılmalıdır ki, hansı ki, indi daha çox bu metodologiya üstünlük verilir. Amma gələcəkdə qızılın həcmi artarsa, yəni onun Azərbaycanda da qızılın emalı üçün belə deyək ehtiyac yaranarsa, həcm böyüdükcə, Azərbaycanda qızıl zavodunun, qızıl emalı zavodlarının qurulması kifayət qədər ciddi perspektivə malik bir sahədir. >> Azərbaycanda 2025-ci ilin yanvar-noyabr aylarında təxminən 2815 kqram qızıl hasil olunub.
Bu göstərici əvvəlki ilə nisbətən 9,7% artıqdır. Ötən ilin rəqəmlərinə görə hazır məhsul ehtiyyatı 155 kqram, dövlət qızıl rezervləri 200 ton, yeraltı rezervlər isə yüzlərlə ton qiymətləndirilir. Azərbaycan qızılı əsasən dünya bazarında satışa çıxarılır.
hissəsi külçə və sikkə şəklində yerli bazarda alıcılara təklif edilir. Şuşa, Laçın, İçə, Şərq, Qarabağ inciləri. Bu sadaladlıqların sikkələrin adları da özü də hamısı Azərbaycan qızılıdır.
Azərbaycanda hasil olunan qızılın əyarı, yəni təmizlik dərəcəsi 999. 9-dur. doqdur.
Bu qızılın çox yüksək keyfiyyətli və saf olması deməkdir. Bu həftə qiymətlərdə tarixin pikini yaşayan qızıl ertəsi gün nisbətən ucuzlaşdı. Hazırda yerli bazarda qızılın qiymətləri belədir.
Bəs yerli sakinlər hansı qızıla üstünlük verirlər? >> Belə deyək də cibə uyğun da olması var. Amma ki daha çox yəni keyfiyyətinə görə İtalyan qızılı.
>> Bəs Azərbaycan qızılından istifadə eləmisiz? >> Yəni külçə alına bilirəm. İtalyan.
Nə üçün? >> Keyfiyyət daha yaxşıdır ona görə. >> Bəs Azərbaycan qızıl barədə məlumatınız var?
İstifad eləmisiz yaxud almısız? >> Vallah məlumatım var. Mən de Azərbaycan qızılıdır.
Köhnə atamın yadigar qalıb. >> Fərqi yoxdur əslində. İtalyan türk qızılı belə.
>> Bəs Azərbaycan qızılını almısız ümumiyyətlə? İstifad eləmisiz? >> Yox Azərbaycan qızlı almamışam.
>> Nə üçün? >> Bilmirəm. Həmişə daha çox italyandır.
Belə. >> Qızıl tarixən strateji xam mal olub. Dünya üzrə investorlar, mərkəzi banklar, ölkələr valyuta ehtiyyatlarının bir hissəsini qızılda saxlayırlar.
Azərbaycan hələ ötən il strateji qərar qəbul edərək qızıl ehtiyyatlarını artırıb. Biz geosiyasi müstəvəz cərəyan edən hadisələri açıq-aydın görürük və mən tamamilə əmin edim ki, qızılın qiyməti artacaq və qiymət kəlləçarxa çıxdı. Beləliklə, bu qərar bizə çoxlu pul qazandırdı >> və o əgər satışa çıxarılarsa, bu gün Azərbaycan neft fondunda olan pul vəsaitinin həcmi 10 milyard dollar daha çox olacaq.
Yəni qızıldan, qızılın gətirdiyi gəlir son iki ildə 10 milyard dolları keçib. 26-cı ildə də qızılın bahalaşması dövrü kimi yaddaşlarda qalacaq. Ola bilər hətta ilin sonunda növbəti maksimum qiymətləri də biz görə bilərik.
>> Qızılın qiymətinin artması Zərgərlik mağazalarında qələbəlik yaradıb. Fürsət bilib qızıl alanlar da var, satanlar da. >> Hal-hazırda qızılın artışına görə insanlar təşvişə düşüblər deyə, çünki bilirlər ki, bundan sonra daha çox artacaq.
Ona görə indi qızıl satışlarımız daha çoxdur. Satıb daha çox yeni qızıl almağa həvəsli olanlar da çoxdur. >> Xüsusilə toy hazırlığı edənlər üçün qızıl piştaxtaları artıq əl yandırır.
>> Məcburuq da oğul evləndiririk, qız köçürdürük. Məcburuq ki, nələrsə alaq. Heçə qiymətlərə baxmağa gəlmişik.
Məcburuq ki, ən aşağı hansıdır, ona baxaq da. Yuxarılara italiyanın heç adını çəkməyin. Ona işə yaxın düşmək mümkün deyil.
Biri nə bilim 12 min, biri 15 min, biri 30 min. nə bilim, belə aylıq maaş alan adam üçün əslində bunların heç heç biri sərfəli deyil. Qızılın bahalaşmasının səbəbi dünyadakı geosiyasi proseslərdir.
Hazırkiı ABŞİ gərginliyi, NATO ilə ABŞ arasında Grenlandiya ilə bağlı fikir ayrılıqları, eyni zamanda ABŞ prezidenti Donald Trampın ticarət siyasəti ilə bağlı addımları qlobal maliyyə bazarlarında qeyri-müəyyənlik yaradır. Bu isə investorları qızıla yönəldir. Qızılın bahalaşmasının səbəblərindən biri də ABŞ dollarının dəyər itirməsidir.
dollar avroya qarşı 10 faizdən çox ucuzlaşıb. Bu isə sarı metalı dəyərləndirir. >> Amerikada Fedin faiz dərəcəsinin hazırda sabit saxlanması, investorları daha ehtiyyatlı davranmağa və diqqətlərini daha çox ciddi likvidliliyi olan qızıl məhsullarına cəlb edir.
Ucuz dollar, baha qızıl və baha dol qızıl formulası ilə iqtisadi proseslər davam edir. Düşünürəm ki, qızılın müəyyən 6000 dollara qədər qalxma ehtimalı hələ də mövcud. Hazırda qızılı almaq deyil və satmaq da deyil, sadəcə gözləmə mövqeyində olmaq daha yaxşıdır.
Və >> qızıl hazırda qlobal gərginliyin fırtınalı havasında etibarlı liman kimi görünür. İqtisadi və siyasi dalğalanmalar artdıqca, investorlar vəsaitləri qorumaq üçün bu dəyərli aktivə sığınırlar. Qlobal bazarlarda fırtınalar qopsa da, bu sarı metal öz çəkisini itirmir.
İndi sizi qızıl kimi beş dostla tanış edəcəyik. Məni belə deməyə onların səsi və ifaları vaadacədir. Müşfiq qrupu, sosial şəbəkə istifadəçiləri onları yaxşı tanıyır.
Bəzən yaşlı nəsil gəncləri keçmiş dəyərlərə hörmət etməməkdə qınayyır. Bu gənclər isə keçmişi yaşadanlardandır. Azərbaycanın klassik mahnılarını yeni ifada, öz həmyaşıdlarını da sevdirirlər.
Sabah Azərbaycanda gənclər günüdür. Biz də belə bir gün ərəfəsində bu pozitiv gəncləri bütün Azərbaycana tanıtmaq istədik. Onların arasında görkəmcə məşhurlara bənzərliyi ilə diqqət çəkənlər də var.
Beləliklə, biri Mikayıl Müşfiqə, digəri Fikrət Əmirova bənzəyən, bir araya gələrək səsləri ilə qəlbləri fəth edən müşfiq qrupu. >> Mikayıl Müşfiqin sözlərinə Ələkbər Tağıyevin bəs elədiyi məşhur sənə qurban mahnısı. Deyirsən yolunda qacağam mən >> çox gözəl fikirdir qal sənə qurban.
Deyirsən yanında qalacağam mən. Çox gözəl fikirdir qan sənə qurban. Nə zaman istəsəm əziz canım.
Umraq gözlərinə al sənə qurban. Nə zaman istəsən əziz canım, umum gözlərinə al sənə qurban. Sən müşfiqi yanında qal sənə qurban istərsən bu canını alə sənə qurban.
Bu dəfə səsləndirənlər Əli, Gəray, Toğrul və Kamrandır. Onları gitarada müşayət eləyən isə Kənandır. Bu gənclər sosial şəbəkələrdə tanınan müşfiq qrupunun saistləridir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xanəndəlik fakültəsində təhsil alırlar. Müşfiq qrupunun üzvləri yalnız səsləri ilə yox, məşhurlara bənzərlikləri ilə də diqqət çəkir. Biri görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqə, digəri isə bəstəkar Fikrə Təmirova bənzədilir.
Sən müşinə sənə qurban. İstəsən bu canımı alə sənə qurban. Sən müşrikin yanında qal sənə qurban.
İstəsən bu canımın aləm sənə >> fəxr olunası bir isdir. Eyni zamanda da çox məsuliyyətli bir işdir. Ona görə ki, biz videonu paylaşandan sonra qısan bir müddət sonra bir profildə yazmışdılar ki, a necə də mükaim işi oxşayır.
Ondan sonra özüm özümdə kəşf eləmək istədim ki, doğurdan da oxşayırammı? Bir müddət düzgüyə baxanda hə olunur ki, bu repressiya qurbanı olduqdan bir az əvvəl çəkilmiş şəkli ilə bənzətmək olar. Əli Cəbiyevə görə, ifanın uğuru şeir və musiqi bir-birini tamamladıqda mümkün olur.
Sözlə avazın vəhdəti insanın hiss və düşüncələrini daha dərindən ifadə etməyə imkan verir. >> Şeir intonasiyan ilə insanın içindəki hissləri ifadə eləməyi başqa. Onu notlara köçürüb dildə ifadə eləmək başqa.
Eyni zamanda həm hisslərini, həm də düşüncələrini ikisini bir arada ifadə eləyə bilirsən. Eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı, nə xəlq olaydı nəhali, nə eşqi həsrdən olaydı. >> Yana daranmış seyrək saçları, sakit və təmkinli duruşu, onun adı isə Gəraydı.
ifa etdiyi kor ərəbin mahnısı Hüseyn Cavidin şeyx Sənan əsəri üçün yazılıb. Bəstənin müəllifi saçlarını daim yana darayan görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovdur. İfanı səsləndirən Gərayda Fikrət Əmirova bənzərliyi ilə diqqət çəkir.
Gəray deyir ki, onu yalnız Fikrət Əmirova deyil, Azərbaycanın digər tanınmış sənət adamlarına bənzədənlər də olub. >> Akif İslamzadəyə bənzədənlər olmuşdu. Sonra Cənubi Azərbaycandan Allah rəhmət eləsin Yaqub Curovçuya bənzədənlər olmuşdu.
>> Müşfiq qrupunun yaranması ideyası Kənan və Toğrul tərəfindən irəli sürülüb. Əvvəllər ayrı-ayrılıqda videolar paylaşan gənclər daha sonra qrup şəklində çıxış etməyə qərar veriblər. Eşqiz görməsin söndə qızan səninə bağlayımdır meyvan.
Eşqimiz gməsin söylərin canıyın bütün quzal san gərsən he sən dəxa qurçıydə cəz >> əslində belə bir fikrimiz yox idi. Biz istəyirdik ikimiz çəkək video və qrup yoldaşlarım da bunlar mənim yaxınlarımdır əzizlərimdir. Dedim gəlin video çəkəyəkin.
Yəni qrup şəklində kitarist kənarla bu ideyanı irəli sürdük və uşaqlarla çəkdik. Birinci videomuz heç ağlımıza gəlməzdi ki, viral olsun. Və çəkdik viral oldu, istənildi.
Viral olanda hamı yazırdı ki, qrupun adı Mikayıl Müşfiq qoyun. Çox gözəldir. Biz də Mikayıl Müşfiq qoyduq qrupun adını.
Bu gənclərin məqsədi Azərbaycan musiqisini təbliğ və inkişaf etdirməkdir. İfalarında klassik və milli musiqiyə üstünlük verirlər. >> Müasir dövrümüzdəki bu el arasında bayağı musiqilər, yəni bunu köklü şəkildə dəyişmək olar.
Çünki efirlərə də baxırıq. Əsas odur ki, əsl sənətlə gərək yadda qalasan və illər də keçsə səni, xalqın məhəbbəti, ondan sonra sevgisi sənə qarşı yəni tükənməz. Əsl sənətlə məncə qalanda belə olub.
>> Dind gözlərimdə mavi yuxudur. O sərli gülərim, sərli gülərim indi gözlərimdə. Onlar ifaları ilə Azərbaycan musiqisini həm yaşadır, həm də sevdirir.
Müşfiq qrupu ifaları ilə göstərir ki, klassika heç vaxt köhnəlmir. Əsas olan onu sevə-sevə yaşatmaqdır. Mən qorxunur o sərli gülləri səlli.
Köhnəlməyən yalnız klassika deyil, həqiqət də heç zaman köhnəlmir. Amerika Birləşmiş Ştatları ilə İran arasında qarşıdurma da elə bu klassiklərdən və köhnəlməyən həqiqətlərdəndir. Dünyanı həyəcanda saxlayan proseslərin davamından gələn həftə danışacam.
Bu günlük isə məndən bu qədər. Nigar Sabirqızı ilə İTV xəbər yekunə baxdınız. Gələn bazar eyni saatda.
Hər birinizi bu studiyada gözləyəcəm. Bizi izlədiyiniz üçün təşəkkürlər.