Amerika Birləşmiş Ştatları Prezidenti Trus sosial mediasında vitse-prezident Ces David Vensin fevralda Azərbaycan və Ermənistana səfər edəcəyinin anonsunu da verdi. Səfərin məqsədi isə məhz sülh səylərini inkişaf etdirmək və trip marşrutunu irəli aparmaqdır. Sujet izləyək.
>> Vaşinqtonda açıqlanan trip layihəsinin icra çərçivəsi təkcə diplomatik sənəd deyil. Bu Cənubi Qafqazda nəqliyyatın, ticarətin və geosiyasi balansın yenidən qurulmasına yönəlmiş konkret yol xəritəsidir. ABŞ açıq şəkildə bildirir ki, bu mexanizm 8 avqust sülh zirvəsindən götürülmüş ötəklərin artıq praktik mərhələ keçdiyini göstərir.
Açıqlanan icra çərçivəsi tripin mərhəli şəkildə reallaşdırılmasını nəzərdə tutur. Sənədin əsas xətti maneəsiz multimodal tranzit prinsipi üzərinə qurulub. Bu avtomobil yolları, dəmir yolu və logistika şəbəkələrinin vahid sistem kimi işlənməsini hədəfləyir.
ABŞ Dövlət Departamenti vurğulayır ki, mexanizm suverenlik, ərazi bütövlüyü və qarşılıqlıq prinsipinə əsaslanır. Bu çərçivə razılaşması Ermənistan, Azərbaycan və Amerika Birləşmiş Ştatlarına avqust ayında paraflanmış razılaşmanın icrasına doğru irəliləmək imkanı verir. Burda əsas məqam ondan ibarətdir ki, trib çərçivəsində heç bir məcburi öhdəlik yoxdur.
Bu bağlantılar nəticə etibari ilə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək. Bu mərhələyə ehtiyac var idi və bu çox mühüm bir addımdır. Eyni zamanda bu çərçivə Bakı, İrəvan və Vaşinqtona ilkin razılaşmada qalan boşluqları birlikdə doldurmaq və addım-addım davamlı və dayanıqlı əməkdaşlıq modeli formalaşdırmaq imkanı yaradır.
>> Əsas məqam ondan ibarətdir ki, trip layihəsi yalnız bir ölkənin deyil. bütövlükdə region logistika xəritəsini dəyişir. Azərbaycan üçün bu marşrut Naxçıvanla dayanıqlı və təhlükəsiz bağlantı, eyni zamanda Mərkəzi Asiya və Xəzər üzərindən Avropaya çıxışın güclənməsi deməkdir.
Bu həm iqtisadi, həm də strateji üstünlükdür. Bu dəhliz Amerika Birləşmiş Ştatlarına, Ermənistan üzərindən Cənubi Qafqazda ticarət vasitəsilə mühüm rol oynamaq imkanı yaradır. Beləliklə, bu dəhliz Cənubi Qafqazda nəqliyyat əlaqələrini köklü şəkildə dəyişdirəcək və ABŞİ bu prosesdə aparıcı rol oynayacaq.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatları vaxtilə Bakı Tibis Ceyhan neft kəmərinin qurulmasında Azərbaycana dəstək verib. Həmin boru kəməri artıq təxminən 20 ildən çoxdur. İki on illikdir fəaliyyət göstərir.
İndi isə trip dəhlizi ilə yeni inkişaf mərhələsi başlayır və bu mərhələ Amerika Birləşmiş Ştatları üçün son dərəcə əhəmiyyətlidir. Burada verilən əsas siyasi mesaj ondan ibarətdir ki, tripin uğuru regional sabitlikdən və ABŞ-nin bu prosesdə aktiv rolundan asılıdır. Sənəddə açıq şəkildə qeyd olunur ki, sülhün qalıcı əsaslar üzərinə qurulması, regional əməkdaşlıq potensialının gücləndirilməsi əsas şərtlərdir.
İndiyə qədər Bakı ilə İrəvan arasında müşahidə etdiyimiz intensiv təmaslar onu göstərir ki, paytaxtlar və ölkələr arasında əməkdaşlıq getdikcə artacaq. Biz artıq bunu praktik nümunələrdə görürük. Məsələn, Qazaxıstandan gələn taxılın Azərbaycan üzərindən Ermənistana çatdırılması eyni zamanda yanacaq tədarükü bu əməkdaşlığın real nəticələridir.
Bütün bunlar qarşılıqlı etimadın artdığını göstərir. Məhz bu dəhlizdən və digər təşəbbüslərdən gözlənilən əsas nəticə də budur. Sülh, rifah və sərhədlərin hər iki tərəfində yaşayan insanlar üçün real fayda, dayanıqlılıq məsələsinə gəldikdə isə iqtisadi fayda burda əsas rol oynayır.
Əsas region ölkələri bu layihədən real qazanc əldə edirsə, deməli layihə də dayanıqlıdır. >> Nəticə etibarilə Vaşinqtonda açıqlanan trip layihəsinin icra çərçivəsi Cənubi Qafqaz üçün yeni reallıq formalaşdırır. Azərbaycan bu prosesdə həm coğrafi, həm də strateji baxımdan açar mövqedədir.
Marşrut regionu parçalanır, əksinə birləşdirir və iqtisadi təhlükəsizliyi ön plana çıxarır. Nemət Tahiroğlu, Azərbaycan Televiziyasının Amerika bürosu, Vaşinqtondan xüsusi olaraq həftə üçün.