Bu gün sülhün faydasını gözdən salmağa, kövrək əməkdaşlıq münasibətlərinə xələl gətirməyə çalışan yalnız Fransadır. Əlbəttə ki, yox. Həm də Makronun çaldığı havaya oynayan qərb strukturlarıdır.
Məhz ona görə də hələ 2024-cü ildə Avropa Şurası Parlamenti Assambleyasının ədalətsiz tələbləri üzündən qurumun sessiyalarında iştirakını dayandıran Azərbaycanla bağlı həftə içi növbəti ittiham irəli sürüldü. Halbuki həmin ittihamın da elə həmişə olduğu kimi heç bir izahı və hüquqi əsası yox idi. Assambleya ölkəmizdə guya insan hüquqları sahəsində vəziyyətin getdikcə pisləşdiyini bildirir.
Və bu zaman da əsas diqqəti sizcə kimlərə yönəldir? Bəli, xalqımıza qarşı cinayətlərdə təqsirli bilinən həmin o 23 erməniyə. Deməli, şura üzvləri rəsmi şəkildə Bakıdan həmin erməniləri, hərkçənd bu gün onların sayı 23 yox, 19-dur, dərhal azad etməyi tələb edir.
Gəlin görək bu tələb hansı reallığı ortaya qoyur. Bir xislət heç vaxt dəyişmir. Yəni erməni sevdası Avropa təşkilatlarının sanki qanına işləyib.
İki, bu gün Aşpa ilə Daşnaksun partiyası arasında artıq heç bir fərq yoxdur. Qurum təpədən dırnağa kimi erməni lobbi institutu funksiyasını yerinə yetirir və açıq-aşkar lobbiçilik fəaliyyəti ilə məşğul olan şura üzvlərinin Bakı ilə pozulan əlaqələri bərpa etmək istəmədiyi də aydın görünür. Elə Avropa Parlamenti kimi >> artıq uzun illərdir ki, biz Avropa Parlamenti və son illərdə Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq.
Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik. Ancaq düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir halda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı təcavüzkar mövqedə olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Ötən ilin avqustunda Ağevdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı.
Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər.